Əfqanıstanda törədilən terror aktı nəticəsində 10-dan çox insan ölüb
Əfqanıstanın şimalında yerləşən Pərvan əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 13 nəfər ölüb, 17-si mülki şəxs olmaqla, 19 nəfər yaralanıb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, ölənlər arasında dörd polis var. Hücumla bağlı məsuliyyəti “Taliban” terror təşkilatı üzərinə götürüb.
Şərhi əlavə etmək