Əsəd: Yaxın Şərq problemlərinin səbəbkarı ABŞ-dır

Suriya prezidenti ABŞ-ı Yaxın Şərq regionu problemlərinin əsas səbəbkarı adlandırıb.




SANA-nın məlumatına görə, Bəşşar Əsəd Dəməşqdə Belarus heyətini qəbulu zamanı deyib: ABŞ-ın rəhbərlik etdiyi qərb Yaxın Şərq regionu böhranının səbəbkarıdır və müstəqillik ardınca olan müqavimətli xalqlar hədəfə alınırlar.

Bəşşar Əsəd əlavə edib: Qərb Yaxın Şərq üçün yeni xəritə çəkmək ardıncadır. Buna görə region xalqlarının düşmənlərin məkrli planları qarşısındakı ayıq olmaları vacibdir.

Suriya prezidenti ölkə prosesləri və Suriya qüvvələrinin terrorçularla mübarizəsinə toxunaraq deyib: Suriyanın terrorizm və onu dəstəkləyənlərə qarşı müharibəsi Amerikanın rəhbərlik etdiyi qərbin regionda yaratdığı böyük müharibə istiqamətindədir.

Şərhi əlavə etmək