Hələbin ətrafında 19 kənd azad olunub

Suriya ordusu Hələbin ətrafında 19 kəndi terrorçulardan azad edib.


SANA-nın məlumatına görə, Suriyada məlumatlı hərbi rəsmi deyib: Suriya ordusu qüvvələri Hələbin şərq ətrafında bir çox kənddə təhlükəsizliyi bərpa edə biliblər.

Bu hərbi rəsmi xatırladıb: Bu müvəffəqiyyət Suriya ordusunun İŞİD terrorçuları ilə ağır toqquşması, terrorçuların bir qrupunun öldürülməsi və yaralanması və digər bir qrupunun əl-Bab şəhərinə doğru qaçmasından sonra əldə olunub.

Əl-Dəkvanə, əl-Müflisə, əl-Cabiriyyə, Cəbbüs-Səfa, Ümmül-Əmd, Kəbarə, Təridəm, Eyn Sabil, Təl İstəbl, Qəsir əl-Vird, Bidurə, Salihə kəndlərini də terrorçulardan təmizləyiblər.

Bu arada ictimai şəbəkələrdə terror qruplaşmaları Hələbin şərq cəbhələrində 70 üzvü və ağır xəsarətlərlə üzləşdiklərini bildiriblər.

Şərhi əlavə etmək