Türkiyə polisi ilə etirazçılar arasında qarşıdurmada 26 nəfər yaralanıb

Qaradəniz yaxınlığında qızıl mədəninin qazılması və ətraf mühitin pozulması ilə əlaqədar Türkiyə polisi və etirazçılar arasında qarşıdurmada 26 etirazçı yaralanıb.


İSNA-nın məlumatına görə, Türkiyə televiziyası bildirib: Ölkənin üsyana qarşı polisinin Artvin şəhərində mədənin qazılmasının qarşısını almağa cəhd edən Qara dəniz yaxınlığında etirazçılara doğru gözyaşardıcı qazdan istifadə etməsi 26 etirazçının yaralanması ilə nəticələnib.

Ötən bir həftədə Artvin şəhərinin minlərlə sakini mədən qazıntısı ilə bağlı bu layihəyə qarşı aksiyalar keçirir və bu mədənin qazılmasının ətraf mühitə zərbə vurduğu qənaətindədir.

Bu mədənin qazıntısı layihəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın müttəfiqlərindən biri Məhəmməd Çingizin ixtiyarındadır.

Türkiyə baş naziri Əhməd Davudoğlu şənbə günü bildirmişdi ki, bu mədənin qazıntısı layihəsinin bölgənin ətraf mühitinə heç bir təhlükəsi yoxdur. O həmçinin etirazçılar tərəfindən istənilən təhrikedici hərəkət barəsində xəbərdarlıq edib.

Bundan öncə Türkiyənin Ətraf Mühiti Mühafizə Təşkilatları bu mədən qazıntısını qeyri-qanuni elan ediblər. Bu mədənin qazıntısı proqramı ilk öncə Türkiyənin Ədliyyə qurumu tərəfindən dayandırılıb. Lakin sonda onu təsdiqləyib.

Gürcüstanla sərhəddə yerləşən Artvin Türkiyədə çox önəmli ətraf mühit bölgələrindən sayılır. Türkiyə hökuməti bir neçə ildir ki, ölkənin ətraf mühitinə zərbə vurmaq, o cümlədən 2013-cü ildə İstanbulun Taksim meydanında Gezi parkının genişləndirilməsi üçün səylər göstərdiyinə görə, irimiqyaslı ictimai etirazlarla üzləşib.

Şərhi əlavə etmək