Liviyada artıq 3-5 min İŞİD terrorçusu var - Fransa XİN
Liviyada İŞİD terror təşkilatının artıq 3-5 min üzvü var, lakin beynəlxalq ictimaiyyət hələlik buna heç nə edə bilmir.
TVshia-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Fransanın xarici işlər naziri Loran Fabius Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-formal görüşünə gəlişi üzrə məlumat verib.
“Bizim qiymətləndirməmizə əsasən, Liviyada artıq 3-5 min İŞİD terrorçusu var.”, - o, beynəlxalq ictimaiyyətin yalnız ölkədə yeni hökumət yaradılacağı halda nə isə edə biləcəyini etiraf edərək bildirib.
“Yeni hökumət yaradılsa, bu, ona terrorçularla mübarizə aparmağa, ərazisinin və sərhədlərinin müdafiəsini təmin etməyə imkan verəcək və yalnız belə olacağı halda beynəlxalq ictimaiyyət ona kömək edə biləcək.”, - L.Fabius deyib.
Şərhi əlavə etmək