İraqda İŞİD-in 68 terrorçusu öldürülüb

İraq təhlükəsizlik qüvvələrinin və ABŞ rəhbərliyi altında yaradılan beynəlxalq koalisiyanın İŞİD-ə qarşı əməliyyatları nəticəsində 68 terrorçunun öldürüldüyü bildirilib.


musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

Məlumata görə, İraq Müdafiə Nazirliyi bildirib ki, koalisiya təkcə Ənbar bölgəsində 48 döyüşçünü öldürüb.

Mosulun cənub hissəsinə edilən hava hücumlarında isə təxminən 20 terrorçu öldürülüb.

Şərhi əlavə etmək