İŞİD Türkiyənin 18 əyalətində terror törətmək istəyib

Terror qruplaşmasının rəhbəri Yunus Durmaz hazırda Suriyadadır


Terrorçu İŞİD qruplaşması Türkiyənin 18 əyalətində terror aktları törətməyi planlaşdırıb. İslam.az "Report"a istinadla xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, ötən il oktyarbın 1-də Ankarada törədilən terror nəticəsində 102 nəfər həlak olmuşdu. Bundan sonra terror qruplaşmasının özəyinin Türkiyənin Qaziantəp şəhərində yerləşdiyi aşkarlanmışdı. Qrupa Yunus Durmaz adlı terrorçu başçılıq edib. Onun kompüterindəki kodlaşdırılmış sənədlər araşdırıldıqdan sonra terrorçuların Türkiyədə çoxsaylı terror aktları törətməklə ölkədə xaos yaratmaq istədikləri müəyyən edilib.

Şərhi əlavə etmək