İki il ərzində İraqda - 18 min 800 insan öldürülüb

2014-cü ilin yanvarından ötən il oktyabrın sonunadək İraqda törədilən hücum və zorakılıqlarda 18 min 800 dinc sakin ölüb.

 
 

xəbər verir ki, bu barədə BMT-nin hesabatında qeyd edilib. Bildirilib ki, ötən dövr ərzində 36 mindən çox insan qanlı hadisələr zamanı yaralanıb. Bu müddət ərzində 3 milyon 200 min iraqlı daxili təqiblərə görə ev-eşiyindən didərgin düşüb.

Bundan başqa hazırda İŞİD terror qruplaşmasının əlində qul kimi istifadə edilən 3500-ə yaxın qadın və uşaq var.

Şərhi əlavə etmək