Pakistanda universitetə silahlı hücum nəticəsində 21 nəfər ölüb

Pakistanın şimal-qərbində yerləşən Çarsadda şəhərindəki universitetə silahlı hücum edilib.


Ölənlərin sayı ilkin məlumatlara görə, 21-ə çatıb.

İslam.az modern.az-a istinadla xəbər verir ki, Universitet kampları və tələbə yataqxanaları boşaldılıb. Hadisə yerinə güc orqanlarının və xilasetmə xidmətlərinin əməkdaşları gəlib.

Hücum zamanı təhsil müəssisəsində 3 minə yaxın tələbə olub.

Şərhi əlavə etmək