Suriyada İranın daha bir generalı öldürülüb
İran İnqilab Keşikçiləri Qvardiyasının Suriyadakı rəhbərlərindən biri, briqada generalı Seyid Səyyah Tahiri öldürülüb
![]()

"Report"a istinadla xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargahına aid "Defapress" saytı məlumat yayıb.
Məlumata görə, S.S.Tahiri 1980-1988-ci illərdə İran-İraq müharibəsində döyüşən komandirlərdən biri olub. Onun Suriyada öldürüldüyü yer və tarix barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl də Suriyada İranın bir neçə generalı öldürülüb.
Şərhi əlavə etmək