Britaniya təyyarələri İŞİD mövqelərinə ilk dəfə olaraq, "Brimstone" raketləri ilə zərbə endirib

Britaniyanın RAF qırıcı təyyarələri İŞİD terror təşkilatının mövqelərinə bir neçə zərbə endirib.


İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Krallığın baş naziri Devid Kemeronun mətbuat katibi məlumat verib.

Onun sözlərinə əsasən, əməliyyat zamanı ilk dəfə olaraq, “hava-yer” sinfindən olan yüksək texnologiyaya malik "Brimstone" özütuşlayan raketlərdən istifadə edilib.

Bundan əvvəl Britaniyanın müdafiə naziri Maykl Fellon Suriyada İŞİD mövqelərinə aviazərbələrin artırılması planı barədə elan edib.

Şərhi əlavə etmək