Sionist hərbçilər iki fələstinlini şəhid ediblər
Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin şimalında iki fələstinlini şəhid ediblər.
![]()

Səma xəbər agentliyinin məlumatına görə, sionist rejim ordusunun hərbçiləri şənbə günü səhər Nablus şəhərinin şimal-şərqində atəş açaraq, iki fələstinli gənci şəhid ediblər.
Sionist rejim hərbçiləri iddia ediblər ki, bu iki fələstinli onlara hücum etmək istəyirmiş.
Cümə günü də sionist rejim ordusunun hərbçiləri Təl-Əvivdə anti-sionist əməliyyatın icraçı olan Nişat Mulhəmi güllə şəhid etmişdilər.
2015-ci ilin oktyabr ayının əvvəlindən və İordan çayının qərb sahili, Beytulumuqəddəs və Qəzzə zolağında Qüds intifazəsinin başlanmasından bəri 150-dən çox fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib
Şərhi əlavə etmək