İŞİD terrorçusu doğma anasını "kafir olduğu üçün" edam edib
Suriyanın Rakka şəhərində İŞİD terror təşkilatının 20 yaşlı üzvü Əli Sakr yüzlərlə insanın gözü önündə doğma anası Leena-əl-Kasımı "kafir olduğu üçün" edam edib.
TVshia.com-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli hüquq-müdafiə təşkilatları məlumat veriblər.
Məlumata əsasən, qadını “cəzası edam olan kafirlikdə" İŞİD-in yerli rəhbərləri ittiham ediblər.
Hadisə “övlad”ın doğma anasını İŞİD "məhkəmə"sinə təhvil verməsindən sonra baş verib.
Məlumat verilir ki, qadın Suriya hüquq-müdafiə təşkilatının üzvü olub və oğlu Əli Sakrdan "terrorçuların nəzarəti altında olan ərazidən birlikdə getməyi və terrorçulara qarşı vuruşan koalisiyanın qisas alacağı qaçılmaz olduğu, bu koalisiyanın “xilafət”in hər bir terrorçusunu məhv edəcəyi üçün İŞİD sıralarını tərk etməsini" xahiş edib. Lakin “oğul" üçün İŞİD doğma anasından daha dəyərli olub.
Şərhi əlavə etmək