Daha bir qrup İŞİD-çi Ərrəmadidə həbs olunub

İraq ordusu bu ölkənin qərbindəki Ərrəmadi şəhərində İŞİD terror qrupu ünsürlərindən daha bir qrupunun həbsindən xəbər verib.


IRIB-nin məlumatına görə, İraq ordusunda terrorizmlə mübarizə təyinatlı qüvvələrin komandanı Sami Əlarizi bildirib ki, bu ölkənin ordu və xalq qüvvələri Ərrəmadidə 12 İŞİD ünsürünü həbs edə biliblər.

Əlarizinin sözlərinə görə, bu terrorçular öz ailələri ilə yanaşı Ərrəmadidən qaçmaq niyyətində imişlər.

Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhəri ötən həftə iraqlı qüvvələrin geniş əməliyyatı zamanı İŞİD-in işğalından çıxarıldı.

Həmçinin Ələnbar vilayətinin Fəllucə şəhərindən gələn məlumatlara əsasən, İraq ordusu İŞİD terror qrupunun bu şəhərə hücumunu dəf edib və bütün yaraqlı hücumçuları öldürübdür.

Şərhi əlavə etmək