Suriyada terror qruplaşmaları arasında ixtilaflar böyüyür
Suriya ordusunun bu ölkənin müxtəlif bölgələrində irəliləməsi terror qruplaşmaları arasında ixtilafın yaranması ilə nəticələnib.
Səhər Beynəlxalq Televiziyasının Təsnim İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Suriya ordusunun Hələbin cənub və şərq ətrafında irəliləməsi terror qruplaşmalarının bəzi komandanlarının öz komandanlıqlarından istefa vermələrinə səbəb olub.
Həmçinin Hələbin şərqində Mərc əl-Soltan şəhərciyinin ətrafında yerləşən terror qruplaşmaları da Suriya ordusunun taktikaları ilə qarşılaşmada acizliyə görə ağır şəraitdədirlər.
Digər tərəfdən Suriya qüvvələri Həmanın şərq ətrafında bir neçə kəndə nəzarəti ələ keçiriblər. Bu əməliyyatda terrorçular çoxlu xəsarətlər veriblər.
Suriya ordusunun təkfirçi terrorçulara hücumları ilə yanaşı, sionist rejim də terrorçuların müalicəsi ilə məşğuldur və indiyə qədər 3 mindən çox terrorçu sionist rejim xəstəxanalarında müalicə olunmuşdur.
Şərhi əlavə etmək