İnqilab Rəhbərinin məktubu terrorizmlə mübarizə üçün beynəlxalq birliyi vurğulayır

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Haşim Zibari terrorizmin genişlənməsi və onun əsas himayədarlarına toxunaraq deyib: İndiyə qədər terror qruplaşmaları, xüsusilə də İŞİD-i dəstəkləyən ölkələr hazırda özləri terrorizm fenomeni ilə üzləşiblər və İnqilab Rəhbərinin müraciəti beynəlxalq anlaşma sayəsində bu fenomenlə mübarizə ilə yanaşı kollektiv dincliyi əldə etmək istəyənlər üçün xəbərdarlıqdır.
Zibari əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin müraciəti əslində terrorizmi öz nəhs məqsədlərinə çatmaq üçün vasitə edən və bu yolda heç bir qeyri-insani əməldən çəkinməyən ölkələrə xəbərdarlıqdır.

Şərhi əlavə etmək