Terrorçular Suriyanın İdlib vilayətindən qaçıblar
Suriyalı mənbələr Rusiyanın hava hücumlarından sonra İdilibdə terrorçu qrupların tabeliyində olan mərkəzlərin boşaldılmasından xəbər veriblər.
Mehr xəbər agentliyinin Livanın Əlməyadin telekanalına istinadlı məlumatına görə, suriyalı mənbələr bildiriblər ki, terrorçular Rusiya qırıcılarının hücumlarından sonra Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətindəki mərkəzlərini boşaldıblar.
Bu mənbələr bildiriblər ki, terrorçulara aid avtomobillər silahları İdlib vilayətinin böyük şəhərlərindən çıxarmaqdadırlar.
Rusiya qırıcılarının İdlib ətrafındakı Cəbəl Əlzaviyyə və Cəsrulşəğur məntəqələrində Ceyşulfəth terrorçularının toplaşdıqları məkan və komandanlıq mərkəzlərinə qarşı hücumlarında bu terror qrupunun Əbdurrəzzaq Xənfurə adlı başçılarından biri öldürülüb.
Rusiya Müdafiə Nazirliyi də bildirib ki, bu ölkənin qırıcıları 18 uçuşda terrorçuların Riqqə, Həmah, İdlib və Hələb vilayətlərindəki on iki toplaşma mərkəzini hədəfə alıblar.
Eyni zamanda, Suriya ordusunun qırıcıları da Hums vilayətinin Tədəmmur məntəqəsində İŞİD terrorçularının mərkəzlərini bombalayıblar.
Həmçinin Suriya ordusunun vertolyotları bu ölkənin cənubundakı Duma məntəqəsində terrorçuların tabeliyində olan mərkəzləri hədəfə alıblar.
Şərhi əlavə etmək