İŞİD Tikritdə 160-dan çox insanı edam edib

Human Rights Watch təşkilatı məlumat verib ki, İraq və Şam İslam Dövlətinin ünsürləri ötən ay ərzində 160 əsiri edam ediblər.

 

Bu təşkilat bu statistikanı İŞİD döyüşçüləri tərəfindən yayılan təsvirlərin və peyk təsvirlərinin analizi əsasında yayıb.
Bu hesabatda deyilir: İŞİD döyüşçüləri iyunun 11-dən 14-dək Tikritdə 160-190 nəfəri edam ediblər. Bundan əlavə qeyd edilibdir ki, həlak olanların sayı bu rəqəmdən yuxarı ola bilər, amma nəzərdə tutulan məntəqələrə çıxmaq və cəsədlərin tapılması problemi bu barədəki təhqiqata xələl gətirib. 

Şərhi əlavə etmək