İraq ordusunun Əl-Ənbarda terrorçularla toqquşması şiddətlənib
İraqın Əl-Youm Əl-Samin xəbər agentliyinin məlumatına görə, İraq ordusunun İŞİD terrorçularını Əl-Ənbar-ın bəzi məntəqələrindən çıxarmaq sahəsindəki son uğurlarının ardınca terrorçular bu məğlubiyyətlərin əvəzini çıxmaq üçün əhali arasında qorxu hissi yaratmaq və şayiə yaymaq kimi yeni üsullara əl atıblar.
İraqın təhlükəsizlik mənbələri də bu ölkə ordusunun Tikrit şəhərini təkfirçi terrorçulardan təmizləmək sahəsindəki uğurundan xəbər veriblər və terrorçu İŞİD qruplaşmasının üzvləri kollektiv surətdə Bici və Kərkükə doğru qaçandan sonra dağılışıblar.
Həmçinin on üç nəfər, o cümlədən beş yaraqlı şəxs İraq ordusu vertolyotlarının Bici neftayırma zavodu qarşısındakı bir kənddə İŞİD terrorçularının yoxlama-buraxılış məntəqəsinə qarşı hücumunda öldürülüb.
Başqa bir olayda İraq ordusu Əl-Rəmadi şəhərindəki Əl-Zəbat məntəqəsini terrorçu təkfirçi qrupun ünsürlərindən azad edib.
Həmçinin daxil olan xəbərlərə görə, Bəsrə şəhərinin könüllülərindən daha iki min nəfər Samirraya yola düşüb və Bəsrənin şimalındakı köçəri tayfalar da təkfirçi-terrorçu qruplarla mübarizə üçün “Dər-ul-İmam” diviziyasının təşkilindən xəbər veriblər.
Bəsrə valisi- Macid Əl-Nəsravi də bildirib: Ölkənin şimal və qərb məntəqlərinin təhlükəsizlik hadisələri Bəsrə neft sektorunda çalışan xarici şirkətlərin fəaliyyətinə heç bir təsir göstərməyib və bu vilayət tam təhlükəsizlikdədir.
Şərhi əlavə etmək