Bəqubə terrorçuların əlindən azad edilib

 İraq ordusunun qüvvələri bu ölkənin şərqində yerləşən Bəqubə şəhərini terrorçuların nəzarəti altından çıxarıblar.



 

Əl-Aləm telekanalının məlumatına görə, İraq ordusunun qüvvələri köçəri tayfa və xalq qüvvələrinin dəstəyi ilə İraqın şərqində yerləşən Diyalə vilayətinin bir çox hissələrini və onun mərkəzi olan Bəqubə şəhərini terrorçu-təkfirçi İŞİD qaragüruhunun nəzarəti altından çıxarıblar və bu şəhərdə tam dinclik hökm sürür.
Hal-hazırda Diyalə vilayətinə giriş və çıxış yolları tamamilə açıqdır və İraqın ordusu və təhlükəsizlik qüvvələri bu vilayətin strateji istiqamətləri və nöqtələrində yerləşib və yoxlama-buraxılış məntəqələri yaradıblar.
Diyalə vilayətindəki bir iraqlı qaynaq da belə deyib: İraq ordusu Bəqubənin şərqindəki “Mənsuriyyə Əl-Cəbəl” kəndini tam şəkildə terrorçulardan təmizləyə və İŞİD başçılarından olan Əbu Əl-Xəttab Əl-Mərvanini öldürə bilib.
Belə bir halda, Səlahəddin polisindəki bir mənbə qeyd edib ki, Səlahəddin vilayətindəki Əl-Ucə məntəqəsi tam şəkildə İraq ordusu tərəfindən təmizlənib və iraqlı qüvvələr İŞİD üzvlərinə bir çox xəsarətlər vurublar.

Şərhi əlavə etmək