Xocalıda hər iki valideynini itirmiş 25 nəfər dünya ictimaiyyətinə müraciət etdi
Xocalıda hər iki valideynini itirmiş 25 nəfər dünya ictimaiyyətinə müraciət etdi
Biz “Xocalıya ədalət” istəyirik
Bu gün Xocalı soyqırımının 22 ili tamam olur. Erməni cəlladlarının bu vəhşi cinayəti nəticəsində Xocalı əhalisindən 613 nəfər qətlə yetirildi, 487 nəfər (76-sı uşaq) şikəst oldu, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldı. 190 nəfər hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır, onların taleyi məlum deyil. Xocalıda öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca idi.
Xocalıda 8 ailə bütövlükdə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi. Onlar diri-diri yandırıldı, başları kəsildi, üzlərinin dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. Ermənilər hətta meyitləri də təhqir etdilər…
Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi.
Soyqırım zamanı hər iki valideynini itirmiş 25 uşaq (İndi onların ən kiçiyinin 22 yaşı var) mətbuat vasitəsilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
Modern.az həmin müraciəti olduğu kimi təqdim edir.
1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə bütün bəşəriyyət, çağdaş dünya böyük bir dəhşət yaşadı. Həmin gecə Ermənistan Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Azərbaycanın Xocalı şəhərində insanlığa sığmayan, tükürpədici faciə törətdi.
Bu gün o soyqırımdan 22 il ötür. 613 nəfərin öldürüldüyü, 1000-lərlə insanın yaralandığı bu qətliam Azərbaycan xalqıına qarşı bilərəkdən törədilmiş soyqırımdır.
O dəhşətli hadisələr baş verərəkən bu müraciəti imzalayan bizlərin 4-11 yaşları vardı.
O dəhşətli gecədə biz dünyada hə bir körpənin daima qayğısına ehtiyac hiss etdiyi valideyn qayğısından ömürlük məhrum olduq.
Biz həmin dəhşətli gecədə yarıçılpaq, ayaqyalın, şaxtada, qarda düşmən gülləsinin atəşindən qaçarkən ətarıfımzda güllələnən valideynlərimzin axan qanını, bizi son dəfə qucaqlayaraq bağırlarına basan əllərini, gözümüzün önündə baş verən bu qandonduran hadisələri unuda bilmirik. Bu dəhşətlərsonradan bizim yaşanacaq ömrümüz üçün uşaq yaddaşnın çəkə bilməyəcəyi bir ağır yük oldu. O gecə güllələrdə çilik-çilik olan arzularımız uşaqlıq həyatımıza son qoydu. Biz- həmin dəhşətli gecədə hər iki valideynini itirmiş 25 uşaq dünya birliyinə, dünyanın hər bir ölkəsinə, beynəlxalq təşkilıatlara müraciət edərək Xocalıda baş vermiş soyqırıma hüquqi qiymət verilməsini tələb edirik.
Bu soyqırım günahkarlarının Avropa İnsan Haqları məhkəməsində ədaləti mühakimə olunmasını istəyirik.
Biz “Xocalıya Ədalət” istəyirik.
Bu qanlı soyqırıma heç bir bəraət yoxdur. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib.
Cinayət cəzasız qalmamalıdır. Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
islamazari.az
Şərhi əlavə etmək