"Əl-Əzhər" universitetinin tanınmış ustadı, sünni alim təkfirçiləri hədəfə aldı

"Əl-Əzhər" universitetinin tanınmış ustadı, sünni alim təkfirçiləri hədəfə aldı

"Əl-Əzhər" universitetinin tanınmış ustadı, sünni alim təkfirçiləri hədəfə aldıءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

"Əl-Əzhər" universitetinin tanınmış ustadlarından olan Məhəmməd Əbdül-Ati sünni alləmində tanınan şəxslərdəndir
 “İqna”-ya istinadən verdiyi xəbərə görə, "Əl-Əzhər" universitetinin tanınmış ustadlarından olan Məhəmməd Əbdül-Ati təkfirçilikdən danışıb.
Əbdül-Ati təkfirçiliyin İslamla əlaqəsinin olmadığını bildirərək deyib: "İslam təkfirçi düşüncədən uzaqdır. İslam vətəni müdafiə etməyi vacib edib və vətəni müdafiə edən yerdə həyatını itirən şəxs Allah yolunda şəhiddir. Vətəni dəstəkləmək təkcə xarici zorakılığla qarşı çıxmaq deyil, bu həm də hər cür təxribatçı fəaliyyət və düşüncəyə qarşı çıxmaqdır."
Əbdül-Ati sonra deyib ki, İslam şəriətində zorakılıq aktlarına və dinc şəxsləri qorxutmağa icazə verilmir. O, ölkələrin daxili sirlərini qorumağın və düşmənlərlə həmkarlıq etməməyin zəruri olduğunu təkidlə vurğulayıb.
"Əl-Əzhər" universitetinin müəllimi sonda bildirib ki, "hər millətin vəzifəsi budur ki, ölkəsinin təhlükəsizliyi üçün ayıq-sayıq olsunlar və onları hədələyən hər növ təhlükəni aradan aparmaq üçün birləşsinlər."

 islamazeri.az

Şərhi əlavə etmək