"Əbədi və müvəqqəti proqramlar" - Cavad Amulinin dərslərindən

"Əbədi və müvəqqəti proqramlar" - Cavad Amulinin dərslərindən

"Əbədi və müvəqqəti proqramlar" - Cavad Amulinin dərslərindənءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

Ayətullah Amuli bu gün əxlaq dərsində deyib ki, insanın qərar tutduğu məkan onun özü üçün aydın deyil
 “İqna”-ya istinadən verdiyi xəbərə görə, Ayətullah Cavad Amuli bu gün əxlaq dərsində bildirib ki, insanın qərar tutduğu məkan onun özü üçün aydın deyil. Əgər insan bu yolun özü üçün aydınlaşmasını istəyirsə, gərək iki ilahi nura yəni əql və nəqlə bağlansın.
Təqlid mərcəsi xatırladıb ki, əql daxili amildir və nəql kitaba, sünnəyə və rəvayətə şamil olunur. Bunlar xarici nurdur və insanı düz yola hidayət edir. Çünki, bu yolun tənzimlənməsi qətiyyən insanın ixtiyarında deyil.
Ayətullah Cavad Amuli sözlərinin davamında deyib ki, dünya idarəçiliyinə hər hansı bir nümunə təklif etmək üçün, gərək dünyəvi proqramımız olsun. Çünki, bu proqram hərtərəfli olmaqla yanaşı, kiminsə ixtiyarında olmamalıdır. Bəşər tərəfindən təklif olunmuş hər proqram zamanla və tez bir vaxtda məhv olacaq.
Quran müfəssiri sonda bildirib ki, Allah öz hərtərəfli proqramını üç hissədə formalaşdırıb. Əgər bu hər tərəfli proqram bizdə olmasa, qəbul edəcəyimiz hər hansı proqram zamanla aradan gedəcək. Ümumbəşəri və əbədi olmaq İslam təfəkküründə əsas məsələdir. Allah insanı formalaşdırdığı bu üç hissəyə uyğun olaraq yaradıb.
 
islamazeri.az

Şərhi əlavə etmək