Venesiya İslam muzeyinə sahib olacaq

Venesiya İslam muzeyinə sahib olacaq

ءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaءVenesiya İslam muzeyinə sahib olacaq

İtaliyanın Venesiya şəhəri Qətər dövlətinin həmkarlığı ilə İslam muzeyinə sahib olacaq
 “Ərəb News”-a istinadən verdiyi xəbərə görə, İtaliyanın keçmiş baş nazirinin Qətərə səfəri zamanı İtaliya rəsmiləri Venesiyada İslam muzeyinin qurulması ilə tam razı olduqlarını bildiriblər. Hazırda, tarixi şəhərin rəsmiləri muzey üçün münasib yer axtarırlar.
Deyilənə görə, İslam muzeyinin ərsəyə gəlməsi üçün xərclərin böyük hissəsini Qətər dövləti öz boynuna götürüb və muzeydə zəngin İslam mədəniyyətinin yüzlərlə dəyərli əsəri nümayiş etdiriləcək. Məlumata əsasən, İtaliyada təxmini bir milyon 200 min müsəlman yaşayır və son illər ərzində 20 min nəfər məsihi müsəlman olublar.
Venesiya mədəniyyət rəsmiləri şəhərin ilk İslam muzeyinin çox güman ki, məşhur Venesiya kanalı və tarixi Rialto körpüsü yaxınlığında yerləşən 19-ci əsrə aid istifadə olunmayan tarixi saraylardan birində ərsəyə gətiriləcəyini bildiriblər. Qeyd edək ki, İslam muzeyinin işə salınmasının dəqiq tarixi hələ məlum deyil.

 islamazeri.az

Şərhi əlavə etmək