26 səhifəlik kitaba görə edam edilən alim
26 səhifəlik kitaba görə edam edilən alim
İskilipli Atıf Hoca haqqında qısa məlumat
"Timeturk"-ə istinadən verdiyi xəbərə görə, Türkiyədə 4 fevral 1926-cı ildə edam edilən İskilipli Atıf Hoca yad edilir.
Atıf Hoca, dövrünün ziyalı, sözü keçən və mübariz din alimlərindən olub.
1903-cü ildə ilahiyyat fakultəsini bitirdikdən sonra Fatih məscidində axundluq etməyə başlayıb.
Xütbələrində Avropa meyilliliyini və imperiyalist baxışları tənqid edib. Elə buna görə də 1909-cu ildə Sinopa sürgün edilib. Sinopdan Sunguluya göndərildikdən sonra, "yanlış hökm verilib" bəhanəsi ilə azadlığa buraxılıb.
Azadlığa çıxdıqdan sonra "İslam Təal-i" adlı cəmiyyət qurub və fəaliyyətə davam edib. Qərb meyilliyini tənqid edən "Frenk Mukallitliyi" və "Şapka" adlı iki kitab yazıb.
Yeni qəbul edilən qərarlardan sorna Ankara İstiqlal Məhkəməsinin qərarıyla əvvəlcə 3 il azadlıqdan məhrum edilib, daha sonra isə 2 gün ərzində həbsi edam qərarı ilə dəyişdirilib. Onun edamına səbəb kimi yazdığı 26 səhifəlik "Şapka" kitabı göstərilib.
Atıf Hocanın naməlum məzarı, 82 il sonra tapılıb. Belə ki, xüsusi araşdırma komissiyası 10 il davam edən araşdırmadan sonra onun məzarını tapa bilib.
islamazeri.az
Şərhi əlavə etmək