"Həyatın Hədəfi" kitabı artıq satışda
"Həyatın Hədəfi" kitabı artıq satışda
“Parlaq İmzalar” nəşriyyatı tərəfindən böyük İslam filosofu Mürtəza Mütəhhərinin daha bir kitabı nəşr edilib
Nəşriyyatdan İslamazeri.az-a verilən məlumata əsasən, “Həyatın Hədəfi” kitabında fəlsəfi-dini aspektdən “həyatın hədəfi nədir?” sualı ətrafında söhbətlər aparılır, mövzuya uyğun olaraq bir sıra fəlsəfi nəzəriyyələr tədqiq olunur. Araşdırmanın əsasında yer alan təkallahçılıq dini İslamın mövzuya baxışı bir çox tərəflərdən təhlil olunaraq səmavi dinin yaradılışa və həyata verdiyi məna açıqlanır.
Həmçinin nəşriyyatdan bildirildi ki, M.Mütəhhərinin əsərləri onun varislərinin yalnız “Parlaq İmzalar” nəşriyyatı üçün verdiyi rəsmi icazə əsasında çap olunur və hazırda bir çox kitabları tərcümə olunaraq nəşrə hazırlanır.
Kitab artıq şəhərin kitab mağazalarında satışdadır.
islamazeri.az
Şərhi əlavə etmək