Suriyada döyüşən azərbaycanlı terrorçuların bir qismi geri dönməyə hazırlaşır

 Suriyada döyüşən azərbaycanlı terrorçuların bir qismi geri dönməyə hazırlaşır

 Suriyada döyüşən azərbaycanlı terrorçuların bir qismi geri dönməyə hazırlaşırءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

Qalanları isə qondarma “İŞİD” adlı yaraqlı ünsürlərin tərkibində Mosul və Kərkük şəhərləri ətrafında düşərgə salıblar
Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son dövrlər Suriyada döyüşən azərbaycanlı yaraqlılarla bağlı mütəmadi olaraq məlumatlar yayılmaqdadır. Hər gün bir və ya bir neçə azərbaycanlı terrorçunun döyüşlərdə öldüyü barədə verilən məlumatlar isə zaman içində adi hala çevrilməyə başlayıb.
İlk baxışdan adi görünən, lakin mahiyyətinə varıldığında kifayət qədər təhlükə mənbəyi olduğu aşkar sezilən bu prboblemin kökündə dayanan başlıca amil isə Dindən suistifadə etmək məsələsidir. İnancları uğrunda Qarabağda deyil, Suriyada döyüşməyi özlərinə borc bilən həmin azğın azərbaycanlı terrorçuların vəhhabi olduqları isə şübhəsizdir. Elə bunu onların ailə üzvləri də təsdiqləyirlər. Və işin ən ilginc tərəfi də odur ki, Suriyada döyüşməyə gedənlər arasında Sumqayıtdan olanlar daha çox üstünlük təşkil edirlər.
Bəzi məlumatlara görə isə Suriyada döyüşən azğın azərbaycanlı “təkfirçilərin” artıq bir qismi geri dönməyə başlayıb. Suriyada müxtəlif terrorçu təşkilatların tərəfində olan sözügedən şəxslər yaranmış münaqişəli vəziyyətdən dolayı geri dönməyi qərara alıblar. Təkcə azərbaycanlı “vəhhabilər” deyil, həmçinin digər Müsəlman dövlətlərindən gələnlərin də artıq narazılıqdan dolayı düşərgəni tərk etdiyi vurğulanır.
Qondarma “İraq və Şam İslam Dövləti”nin tərəfdarları kimi çıxış edən “vəhhabi” silahlı birləşmələri artıq Kərkük və Mosul ətrafında düşərgə salıblar. Onların Suriyadan çıxaraq, Kərkük civarında qərarlaşmaları isə yetərli qədər təhlükəli hesab olunur. Çünki azğın “vəhhabi” silahlı dəstələri əhalinin 80-90 faizi Şiə türkmənlərin qətlinə fərman verə bilərlər. Zatən, Şiələri Müsəlman hesab etməyən və onları kafir adlandırırlar ki, bu da Kərkük və Mosul əhalisi üçün yetərli qədər təhlükəli vəziyyətin yarandığını xəbər verir.

abna.ir

Şərhi əlavə etmək