Suriyada 49 silahlı qruplaşma birləşdi
Suriyada 49 silahlı qruplaşma birləşdi
ASO"-da birləşən qruplaşmalar yeni birlik yaratdılar
"Dunyabulteni"-nə istinadən verdiyi xəbərə görə, "Azad Suriya Ordusu" qruplaşmasına bağlı olan 49 qruplaşma "Cənub Cəbhəsi" adı altında birləşib. Yeni yaradılmış qruplaşmanın lideri yoxdur.
"Cənub Cəbhəsi" tərəfindən verilən yazılı bəyanatda, Suriya hökuməti və radikal qruplarla döyüşəcəkləri açıqlanıb.
Bəyanatda 30 min döyüşçünün olduğu, bunların Dəməşq, Şam çölü, Deraa, Kuneytira və Suveyda bölgəsində aktiv olacaqları qeyd edilib.
Ekspertlər "Cənub Cəbhəsi" və "İŞİD" arasında gərgin döyüşlərin gedəcəyini istisna etmir.
Şərhi əlavə etmək