Ayətullah Sistani: "Mənim salamlarımı hicab məhbuslarına çatdırın!"
Ayətullah Sistani: "Mənim salamlarımı hicab məhbuslarına çatdırın!"
"Azərbaycanda hicabla bağlı ayağa qalxan, mübarizə aparan insanlar çox böyük iş görürlər"
İslam dünyasının tanınmış mərceyi-təqlid müctehidi Ayətullah əl-uzma Seyid Əli Sistani Azərbaycanlı zəvvar qrupu ilə görüşüb və hicab məhbuslarından danışıb.
Bu barədə İslamazeri.az-a jurnalist Əbülfəz Bünyadov məlumat verib.
O saytımıza açıqlamasında qeyd edib ki, “Biz 21 nəfərlik qrupla İraqın Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdük. Görüşün sonunda mən şəxsən ağadan xahiş etdim ki, Azərbaycandakı hicab məhbuslarını dua etsin. Ayətullah Sistani uzun dualar etdikdən sonra bildirdi ki, “Mən Azərbaycandakı hadisələri yaxından izləyirəm. Azərbaycanda hicabla bağlı problem Türkiyədəki hadisələrin nəzdindədir. Yəni orada baş verən hadisələrlə əlaqələri var. Amma Azərbaycanda hicabla bağlı ayağa qalxan, mübarizə aparan insanlar çox böyük iş görürlər. Mənim salamlarımı hicab məhbuslarına çatdırın və onlara deyin ki, gecə ibadətlərimdə onlara dua edirəm.” Yəni Ayətullah Sistani bu sözü 21 nəfər zəvvar qrupunun qarşısında dedi.”
islamazeri.az
Şərhi əlavə etmək