Ərbəində dünya şiələri matəm içində

 Ərbəində dünya şiələri matəm içində

 ءTuhanءAliءMuhammadءIslamءMahdiءpenyelamatءtvshiaءSyiahءƏrbəində dünya şiələri matəm içində

Dünya şiələrinin 3-cü imamı və Peyğəmbər Əkrəmin(s.ə.s) əziz nəvəsi İmam Hüseynin(ə) Ərbəini günü münasibətilə İran və dünya şiələri matəm mərasimləri təşkil edib, o həzrətə öz sevgi və məhəbbətlərini nümayiş etdiriblər.
Əhli-Beyt (ə) aşiqləri ötən gecə İmam Hüseyn (ə) və onun yoldaşlarının şəhid olduğu gün Aşuranın 40-cı gecəsi, gecə yarısına qədər o həzrətin qəmində göz yaşı axıdıb və əbədi Aşura hadisəsini yad ediblər.
Şiələrin 3-cü imamı İmam Hüseyn (ə) hicri qəməri tarixi ilə 61-ci ildə Kərbəla çölündə qeyri-bərabər döyüşdə Kufə ordusu ilə üz-üzə gəldi və məhərrəm ayının 10-da öz 72 vəfalı yoldaşı ilə birlikdə şəhid oldu.
Peyğəmbər Əkrəmin (s.ə.s) Əhli-Beytinin aşiqləri İslam dünyasının məzhəbi şəhərlərində xüsusilə, İranın Qum və Məşhəd, İraqın Kərbəla və Nəcəf habelə, Suriyanın Dəməşq şəhərlərində bir araya gələrək peyğəmbər ailəsinə olan öz sevgilərini nümayiş etdirirlər.
İmam Hüseynin(ə) ərbəin mərasimi İmam Hüseynin(ə) dəfn olunduğu yer, yəni Kərbəla şəhərində Hüseyn aşiqləri və şiələrinin iştirakı ilə özünəməxsus şəkildə keçirilir. Dünyanın müxtəlif yerlərindən milyonlarla zəvvar özlərini bu şəhərə çatdıraraq və şəhidlər sərvərinin matəmində mərsiyə oxuyaraq əzadarlıq edirlər.
Bazar ertəsi günü Kərbəla şəhərində baş verən terror əməliyyatında ən azı 30 nəfər şəhid olub və onlarla insan yaralanıb.

irib.ir

Şərhi əlavə etmək