İMAM ZAMANIN (ƏC) DİNİ HAKİMİYYƏTİ
İMAM ZAMANIN (ƏC) DİNİ HAKİMİYYƏTİ
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
İMAM ZAMANIN (ƏC) DİNİ HAKİMİYYƏTİ
Biz insanlar işıqlıqda olarkən onun necə əhəmiyyətli olduğuna çox varmırıq. Yalnız qaranlığa düşərkən nurun həqiqi dəyəri haqqında düşünürük.
Yer kürəsi üzərində günəş öz şüaları ilə dünyanı işıqlandırarkən bir o qədər də onun olub-olmaması barədə düşünməyə vaxtımız belə olmur. Lakin buludlar arxasında gizlənib işıq, istilik, şüalarını bizdən əsirgəyəndə həyatımızda oynadığı rolu dərk edə bilirik. Beləliklə də vilayət günəşinin əhəmiyyətini onun zühurundan öncəki qarmaqarışıqlıq, nizam-intizamsızlıq, maddi, mənəvi, psixoloji və s... cəhətdən baş vermiş stresslər, gərginliklər, depressiyalar baş verərkən anlayırıq.
İslam qanunlarının əsasını təşkil edən Quran və rəvayətlər yalnız şəri vaciblər və haramları deyil, hərtərəfli şəkildə insanların bütün ehtiyaclarını təmin etmək potensialına malikdir. Yəni Müqəddəs kitab olan Quran-Kərimdən əlavə, məsum imamlar (ə) vasitəsilə bəşər övladlarına rəvayət formasında çatdırılan sözlər sadəcə kəlam deyil, həyatın bütün aspektlərini özündə əks etdirən, keçmişdən, indiki dövrdən və hətta gələcəkdən belə xəbər verən öncəgörmələr hesab etmək olar. Bu da tamamilə Quran Kərimin xüsusiyyətlərindən biridir.
GƏLƏCƏYƏ ÜMİD
Bizim müsəlman, xüsusilə də danılmaz və həqiqi məzhəb olan şiə məzhəbli olduğumuzu nəzərə alaraq, digər məzhəblər qarşısında bir neçə qabarıq və möhkəm sübutlu etiqadlarımız da vardır. Belə ki, bu etiqadı heç də yabanı və əsli-kökü olmayan əqidə hesab etmək olmaz. Çünki bu əqidənin çox qədim zamanlardan belə, əlbəttə tamamilə deyil, zəminlər hazırlayan möhkəm kökləri vardır. Bu əqidə dünyada hansısa bir xilasedicinin gəlişi, enişli-yoxuşlu, ədalətsizlik baş alıb gedən insan cəmiyyətlərinin qurtarıcısının, daha ümumi dildə desək, "Utopiya"nın (Mədineyi Fazilənin) təməlini quran müqəddəs bir varlığın zühurudur.
Bəli, biz şiələr iftixarla və son dərəcə ümidlə bu müqəddəs insanın gəlişini gözləyir, son həddəki intizarımız vasitəsilə də "ən gözəl ibadətlər"ə sahib oluruq. Bu şəxs isə İmam Mehdidir (əc)!
Lakin gözlərdən qeybə çəkilmiş İmam Mehdinin (əc) gəlişinin zamanı aydın surətdə bəyan edilməmişdir. Hətta bəzi övliyaların o Həzrəti (əc) gördüklərinə rəğmən biz adi insanların gözündən pünhandır. Bu gizlənməyin səbəbi isə yalnız və yalnız qədirbilməzlik, günahkarlıq və xüsusi idrakın olmamasıdır. Yəni biz adi insanlar Allah-taalanın fərmanları çərçivəsində hələ bu İmamı (əc) qəbul edib, onun əmrlərinə itaət etmək bacarığına malik deyilik. Bütün bunlardan əlavə, bizim gözlərdən qaib olan əziz İmamımız (əc) müəyyən şəraitlər əsasında zühur etmədikdə, bəzi zəminlər də onun gəlişinə əsas şərait yarada bilər. Bu şəraitlər aşağıdakılardan ibarətdir:
İmam Zamanın (əc) zühurundan öncə fitnə-fəsad, hərc-mərclik, nizamsızlıq, təhlükəli həyat, zülmkarlıq, bərabərsizlik, qətl hadisələri, təcavüzkarlıq və... hər yerdə baş alıb gedəcək, Yer üzündə ədalət məfhumu belə qalmayacaqdır.
Dünyada millətlərarası, dövlətlərarası qanlı müharibələr, qırğınlar Yer kürəsini ölüxanaya çevirəcəkdir. Haqsız ölümlər o həddə qədər çoxalacaq ki, bir ailədə bir ya bir neçə əzizini itirməyən qalmayacaqdır. Kişilər, cavanlar müharibələrdə öldürüləcək, hər üç kişidən ikisi məhv olacaqdır.
Can və mal təhlükəsizliyi çox acınacaqlı səviyyədə olacaq, yollar təhlükələşəcək, qorxu-hürkü, vəhşət bəşər övladının canına bürünəcək və vaxtsız ölümlər hər yerdə baş alıb gedəcəkdir. Məzlum uşaqlar ən zalım hakimlərin vasitəsilə ən pis işgəncələrlə öldürüləcəklər. Ümumi xiyaban və keçidlərdə hətta hamilə qadınlara belə təcavüz ediləcək, öldürücü-keçici xəstəliklər açıq şəkildə çoxalacaqdır. (Bəlkə də elə çox ölüm halları nəticəsində çürümüş cəsədlərin üfunəti yaxud kimyəvi-mikrobioloji silahların təsirindən də ola bilər).
Ərzaq məhsullarının bahalaşması və qıtlıq insanların həyatında iflic yaradacaq, torpaq toxumları qəbul etməyərək onları cücərtmək və yaşıllaşdırmağa qoymayacaqdır. Yağışlar kəsiləcək yaxud da vaxtsız yağaraq kənd təsərrüfatına çoxlu ziyanlar verəcəkdir. Qıtlıq və quraqlıq nəticəsində həyat o qədər çətinləşəcək ki, bəziləri acından ölməmək üçün bir qarın yemək almaqdan ötərü hətta öz qadınları və qızlarını satmaq məcburiyyətində qalacaqlar.
Belə bir şəraitdə bəşəri ümidsizlik böhranı bürüyərək ölümün gözəl ilahi hədiyyə olduğunu sanacaqlar. İnsanların yeganə arzusu ömürlərinin sona çatması olacaqdır. Qəbiristanlıq kənarından ötüb-keçən yaxud ölmüş insanları görən hər bir şəxs həsrətlə: Ey kaş mən də onlarla birlikdə ölüb, bu zillətli həyatdan xilas olaydım -deyə arzulayacaqdır.
Bu dövrdə bütün nizamsızlıq, təcavüz və haqsızlıq ölümlərin qarşısını alaraq qüdrətli zülmkarların ən pis rəftarlarının cəzasını verə biləcək heç bir təşkilat olmayacaqdır.
Həmçinin camaatın fəryadını eşidən heç kimsə tapılmayacaqdır. Bəşər imdadına gəldiyini iddia edənlərin hamısı isə xain və yalançı çıxacaqlar. İnsanlar yalnız ilahi islahatçının zühurunun ümidi ilə möcüzələr gözləyəcəklər.
Qeyd etdiyimiz kimi ümidsizlik hər yerdə sakin olduqdan sonra ilahi rəhmət uzun illərin intizarından sonra vədəsi verilmiş Mehdinin (əc) insanları xilas etmək üçün zahir olacaq. Beləliklə hamıya xitab olunan belə bir asimani səda eşidiləcək: "Ey dünya əhli! Zülmkarların dövranı bitdi. İlahi ədalət zamanı gəlib çatdı. Mehdi (əc) zühur etdi". Bu asimani fəryad ümidsizlikdən bağrı qana dönmüş insanların qəlbinə yüksək əhval-ruhiyyə üfürəcək və zülm çəkənlərə azadlıq müjdəsi bəxş edəcəkdir.
Əlbəttə, yalnız bu qəbildən olan zəminlərin varlığını dərk etməklə ilahi islahatçının zühurunu, Həzrət Mehdinin (əc) ədalətli hakimiyyətinin əhəmiyyətinin zəruri olduğunu dərk etmək mümkündür.
Biz isə bu məqalədə tarixə əsaslanaraq İmam Mehdinin (əc) zühuru haqqında rəvayətlərdən söhbət açacağıq.
HÖKUMƏT
Hər bir cəmiyyətdə müəyyən din yaxud da məzhəbin qanunları hökumətin dəstəyi vasitəsi ilə icra oluna bilər. Bunun üçün də hər bir din ya məzhəb öz qanun-qaydalarını icra etmək üçün hakimiyyəti ələ almaq məqsədini güdür. Ən üstün din olan islam dini də islam hakimiyyətini qurmaqla həqiqi hökumətçiliyi qorumasını özünün ən öyük vacub (fərizə) işlərindən biri hesab edir.
İslam Peyğəmbəri (s.ə.s) var-qüvvəsi ilə islam hökumətini qurmağa çalışaraq Mədinə şəhərində ilk hakimiyyətinin bünövrəsini qurduğu hamıya məlumdur. Peyğəmbər Əkrəmin (s.ə.s) vəfatından sonra məsum imamların (ə) və alimlərin böyük arzuları və göstərdiyi səyləri nəzərə almamaqla, çox az zamanları istisna etmək şərtilə ilahi hökumət qurulması və Həzrət Mehdinin (əc) zühuruna qədər də əksər hökumətlər batil hesab olunur.
HAKİMİYYƏTİN HEGEMONLUĞU
İmam Zamanın (əc) zühurundan əvvəl cəmiyyətin ən çox əziyyət çəkdiyi mövzu hakimiyyətin cammat üzərində göstərdiyi zülmkarlıqdır. Allah Peyğəmbəri (s.ə.s) bu barədə belə öncəgörmələri bəyan edərək buyurur: "Yer kürəsi zülmkarlarla dolacaq. Qorxu və müharibə məfhumu hər bir evə daxil olacaqdır".
Həzrət Əli (ə) bu barədə isə belə buyurur: "Yer üzü zülmlə dolacaq, bütün evlərdə qorxu və kədər hakim olacaq".
İmam Baqir (ə) isə belə buyurur: "Qorxu-hürkü dövrü başlamadan Həzrət Qaim (əc) qiyam etməyəcəkdir".
Adı çəkilən qorxu-hürkü çox zaman dünyanın zülmkar və özbaşına hökumət başçılarından qaynaqlanır. Çünki Həzrət Mehdinin (əc) zühurundan öncə dünyada zalmkarlar hökm sürəcəklər.
İmam Baqir (ə) yenə belə buyurmuşdur: "İctimaiyyətə hegemon və zülmkar qüvvələrin hakim olduğu zaman Həzrət Mehdi (əc) qiyam edəcəkdir".
Qeyd etmək lazımdır ki, Peyğəmbər Əkrəmin (s.ə.s) davamçıları təkcə belə biganə qüdrətlərdən deyil, həm də özləri əyyaş və istibdadın hökumət başçılarının təzyiqləri altında da qalacaqlar. Ucu-bucağı görünməyən bu geniş Yer kürəsi o qədər onlara dar gələcək ki, özlərini azad deyil, zindanda sanacaqlar. Hal-hazırda İmam Zamanın (əc) xüsusi inayətləri vasitəsilə qurulan islam dövlətlərini nəzərə almamaqla dünyanın hər yerində islam və müsəlmanlara olan münasibət göz qarşısındadır.
Bəzi rəvayətlərdə müsəlmanların əyyaş rəhbərləri olacaqları açıq-aşkar qeyd edilmişdir. Bundan sonra isə islahatçının zühur etməsi müjdəsi verilmişdir. Bu rəvayətlərdə Peyğəmbər Əkrəmdən (s) sonra hakimiyyət kürsüsündə oturan üç növ rəhbərlikdən söz açılmış, onların xilafət, imamət və cəbbarların hakimiyyəti kimi şərh edilmişdir.
Peyğəmbər Əkrəm (s)) buyrur: "Məndən sonra xəlifələr hakimiyyət başına gələcəklər. Ondan sonra əmrlər və padşahlar və cabbarlar hökmranlıq edəcəkdir. Bütün bunlardan sonra isə Mehdi (əc) zühur edəcək".
DÖVLƏTLƏRİN BİRLƏŞMƏSİ
Adəm (ə) övladları hakimiyyətdə ixtisaslı və saleh başçıların iş başına gəldikdən sonra rahat həyat tərzi keçirə bilər. Lakin rəhbərliyə layiq olmayan şəxslər hakimiyyətə keçərlərsə, insanların əzab-əziyyətdə olması da təbii bir hala çevriləcəkdir. Həzrət Mehdi (əc) zühurundan öncə belə bir vəziyyət cəmiyyətə hakim olacaqdır. Yəni, zühurdan əvvəl dövlət xəyanətkar, fasiq və zülmkarların əlində olacaqdır.
İslam Peyğəmbəri (s) buyurmuşdur: "Zülmkar, xəyanətkar və fasiq nazirlərin rəhbərlik edəcəyi zaman gələcəkdir".
QADINLARIN HAKİMİYYƏTDƏKİ NÜFUZLARI
Axirəz Zamanda baş verəcək hadisələrdən biri də qadınların nüfuzlarıdır. Qadınlar göstərdiyi nüfuzları ilə birbaşa camaata başçılıq edəcək, yaxud da bu qüdrətləri ilə hökumət başçısını öz hakimiyyəti altına salacaqlar. Bu məsələnin necə bəlalarla nəticələnməsi də məlumdur. Həzrət Əli (ə) bu barədə belə buyurmuşdur: "Fasid, zinakar şəxslərin naz-nemət əldə edəcyi, layiqsizlər ali mövqelərə çatacağı, insaflıların isə zəifləyəcəyi bir vaxt gələcəkdir".
"Bu nə zaman baş verəcəkdir?" sualına isə Həzrət Əli (ə) belə cavab vermişdir: "Bu hadisə qadınların hər yerdə nüfuzunun artdığı, kiçik yaşlı uşaqlarınsa, hakimiyyətə gəlişi ilə başlayacaqdır".
Təbiidir ki, tarix həm qadınların hakimiyyətə gəlişini, həm də kiçik yaşlı uşaqların bu məqamda əyləşdirildiyinin şahidi olmuşdur.
Bu barədə iki rəvayətə diqqət edin:
Peyğəmbər Əkrəm (s.ə.s) buyurur: "Yetmiş yaşdan sonra və uşaqların hakimiyyətindən Allaha pənah aparın".
Səid İbn Musəyyib adlı şəxs deyir: "Fitnələr baş verəcək, onun başlanğıcı isə uşaqların oyunudur".
Yetmiş yaşdan sonra olunan hakimiyyətlər, fitnələrin baş verməsi, onların başlanğıcının isə uşaqların oyunu məfhumları, bəlkə də məcazi mənada, lakin indiki texnologiyaya əsasən heç də təəccüblü bir hadisəyə bənzəmir.
Dünyada yalnız siyasi baxımdam möhkəm olan dövlətlər öz vətəndaşlarına xidmət etməyə qadirdirlər. Çünki müxtəlif reformasiyalara düçar olmuş dövlət böyük planlar qurub iş görməyə qadir olmazlar.
Axirəz Zamanda olan hökumətlər möhkəm olmadığı üçün bəzən səhər hakimiyyət başına gəlməsinə baxmayaraq gecə hakimiyyəti başqasına təhvil vermək məcburiyyətində qalacaqlar. İmam Sadiq (ə) bu barədə buyurur: "Yol göstərən imam olmadan, elmsiz-biliksiz, bir-birinizdən bezikmiş bir vəziyyətdə necə olacağınızı düşünmüşsünüzmü? Bu, siz sınaqlardan keçib, sizlərin yaxşı-pisi ələkdən keçirildikdən sonra baş verəcək. Onda qılınclar öz işinə başlayacaq və müharibə şölələri hazır vəziyyətdə olacaq. Günün əvvəlində hakimiyyətdə olan qüvvələr günün sonunda kənara çəkilərək məhv olacaqlar".
ÖLKƏLƏRİN İDARƏSİNDƏ ACİZ QALAN RƏHBƏRLƏR
İmam Zamanın (əc) zühurundan əvvəl hökumətlər yavaş-yavaş zəifləməyə başlayacaqlar. Bu vəziyyət onları Həzrət Mehdinin (əc) dünyaya aid hökumətini qəbul etmək üçün şərait yaradacaqdır. İmam Səccad (ə) bu ayə haqqında buyurur:
حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِراً وَأَقَلُّ عَدَداً ".
"O zaman onlar tezliklə vədəsi verilənləri biləcəklər ki, köməkçiləri az və zəifdirlər".
"Bu ayədə verilmiş vədə Həzrət Qaim (əc), onun səhabələri, dostları və düşmənləri haqqındadır. İmam Zaman (əc) qiyam etdiyi zaman düşmənlərin çox aciz, qüvvələri az və silahları aşağı səviyyədə olacaqdır".
CAMAATIN DİNİ DURUMU
İmam Zamanın (əc) zühurundan öncə camaatın dini səviyyəsi haqqında danışmaq istəyirik. Rəvayətlər o dövrdə islam dinindən təkcə Qurandan başqa heç bir əsər-əlamət qalmayacağını deyirlər. Müsəlmanlar təkcə müsəlman adını daşıyacaqlar. Artıq o zaman məscidlər camaatı moizə etmək yeri olmayacaq. Fəqihlər isə yer üzünün ən ucuz malı kimi çox ucuz qiymətə satılacaqlar.
İSLAM VƏ MÜSƏLMANLAR
İslam ilahi qanun-qaydalar qarşısında təslim olmaq deməkdir. İslam Adəm övladının dünya və axirətdə xoşbəxtliyini təmin edən ən üstün, ən yaxşı dindir. Lakin onu dəyərli edən yeganə məsələ islam və Quranın qanunlarına riayət etməkdir. Axirəz Zamanda isə bütüm bunlar əksinə baş verəcəkdir. Yəni islamın təkcə adı qalacaq. Quranın hər yerdə olmasına baxmayaraq dini qanun kitabı deyil, qədim bir kitab kimi qəbul ediləcəkdir. Müsəlman adlanan şəxslərdə müsəlmançılıq nişanələri görünməyəcəkdir. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Mənim ümmətimin müsəlman adından başqa heç bir islam əlaməti, Qurandan isə təkcə adi qədim bir kitab olmaqdan başqa bir şey qalmadığı vaxt gələcəkdir. Mənim ümmətim yalnız müsəlman adını daşıyacaq, amma hamıdan çox islama biganə olan da müsəlmanlar olacaqdır".
İmam Sadiq (ə) buyurmuşdur: "Tezliklə elə bir zaman gəlib çatacaq ki, camaat Allahı tanımayacaq, Tövhidin nə olduğunu bilməyəcəklər. Bu vəziyyət Dəccalın gəlişinə qədər davam edəcəkdir".
FƏQİHLƏR
İslam alimləri və fəqihləri Yer üzündə Allah dininin mühafizəkarlarıdır. İnsanları hidayət edib yaxşı yola dəvət etmək onların vəzifəsidir. Onlar çoxlu zəhmət çəkərək ilahi qanunları dini kitablardan dəlillər gətirməklə camaatın ixtiyarına verirlər. Lakin Axirəz Zamanda bu vəziyyət tamamilə dəyişəcək, alimlər ən pis adamlar adını daşıyacaqlar. Allah Rəsulu (s.ə.s) bu barədə buyurur: "O dövrün fəqihləri Yer üzünün ən pis fəqihləri olacaqlar. Fitnə-fəsad, təxribat onların vasitəsilə başlayaraq, elə onların özlərinə də qayıdacaqdır".
Bu sözləri deməkdə məqsəd bəlkə də hökumətdən asılı alimlərdir. Çünki onlar zülmkar padşahların pis əməllərini ört-basdır etmək üçün hökmlər verərək onlara islam donu geyindirəcəklər. Əslində onlar hər bir cinayətkarlıqla razılaşmaya gəlməyə belə hazırdırlar. Məsələn, Amerika və İsrail kimilərlə mübarizənin xilaf olduğunu iddia edən indiki dövrdə vəhhabilərlə iş birliyinə girən hökumət vaizləri buna canlı misal ola bilər.
Bu şəxslər İsrail cinayətləri qarşısında heç bir söz deməyib, Kəbə ətrafında qətlə yetirilən zəvvarların vəhhabilərin vasitəsilə qatillərin pis işlərini ört-basdır etməyə çalışır, hətta isbat üçün ayə və rəvayət belə söyləyirlər. Bəli, bütün bunların qarşısında belə deməliyik: Onlar fitnələrinin özlərinə qayıdacağı ən pis fəqihlərdir.
DİNDƏN XARİC OLMAQ
Axirəz Zamanın digər əlamətlərindən biri də camaatın dindən xaric olmasıdır. Günlərin bir günü İmam Hüseyn (ə) Əmir Əl-Mömininin (ə) yanına gəlir. Həzrət Əli (ə)-ın ətrafında adamlar əyləşmişdilər. Həzrət Əli (ə) onlara belə buyurdu: "Hüseyn sizin rəhbərinizdir. Allah Rəsulu (s.ə.s) onu ağa və sərvər adlandırmışdır. Onun nəslindən bir nəfər zühur edəcək. Bu şəxsin xarici görnüşü və əxlaqı mənə bənzəyəcək. O, dünya zülmlə dolduqdan sonra ədalətlə dolduracaqdır. Belə bir sual edildi: Bu qiyam nə zaman baş verəcəkdir? Həzrət (ə) cavab verdi: Əfsus ki, qadın həyat yoldaşı üçün libasından çıxdığı kimi sizin də dininizdən çıxdığınız zaman bu qiyam olacaqdır".
DİNİN SATILMASI
Bütün insanların canı təhlükə altına düşərsə, canlarını qorumaq üçün var-dövlətlərindən belə keçməyə hazır olarlar. Amma insanların dini təhlükə altında olarsa, canından keçmək hamıya vacibdir. Çox təəssüflər olsun ki, Axirəz Zamanda din ən ucuz qiymətə satılacaq və səhər mömin olanlar axşama qədər kafirləşəcəklər.
Peyğəmbər Əkrəm (s.ə.s) bu barədə buyurmuşdur: "Yazıqlar olsun ərəblərə və onlara üz verən şər və bədbəxtliklərə! Qaranlıq və zülmət gecələr təki fitnələrə. Səhər çağı mömin, axşam isə kafir olan insanlara. Dinlərini ən ucuz qiymətə satan bəzi adamlara! O günlərdə dini dişi-dırnağı ilə qoruyan şəxslər əlində alovlu güllə saxlayana bənzəyir".
İNSANLIQ HİSSLƏRİNDƏ SOYUQ MÜNASİBƏTLƏR
Böyük Peyğəmbərimiz (s.ə.s) o zamanda münasibətlərin soyuqlaşması haqqında belə buyurur: "O dövrdə hətta böyüklər belə kiçiklərə rəhm etməyəcəklər. Allah-taala ona (Mehdiyə (əc)) qiyam etmək üçün zühur izni verəcəkdir".
Digər yerdə isə Həzrət Məhəmməd (s.ə.s) belə buyurmuşdur: "Kasıblıq və fəqirlikdən qohumlarına kömək üçün müraciət edib onlara kömək üçun yalvarmayana qədər qiyamət günü gəlib çatmayacaq. Lakin bütün yalvarışlar cavabsız qalacaq. Qonşu öz qonşusundan kömək istəyəcək və ona and verəcək, amma heç kəs onun köməyinə gəlməyəcəyi zamanda qiyamət qopacaqdır".
Həmçinin, digər yerdə əziz Peyğəmbərimiz (s.ə.s) buyurur: "Qonşuluq münasibətlərinin pisləşməsi, qohumluq əlaqələrində pis rəftar, qiyamət günününün nişanələrindəndir".
Biz burada bəzi rəvayətlərdə "əs saə" dedikdə Həzrət Mehdinin (əc) zühuruna işarə edildiyi üçün "İşaratus saə" (saatın şərtləri) kimi ibarətləri də zühurun əlamətləri kimi qəbul etmişik.
ƏXLAQİ PROBLEMLƏR
Bütün əxlaqi çatışmazlıqlar bir üsulla qəbul edilmək imkanına malikdirlər. Lakin cinsi əxlaqsızlıqlar qeyrətli və şərafətli şəxslər üçün çox dözülməz bir hadisədir. Onu da qeyd etmək lazımdır ki, İmam Zamanın (əc) zühurundan öncə ən pis və təhlükəli vəziyyətlərdən biri də camaatın ailə və namus məsələlərində təhlükəli anlar yaşamasıdır.
O dövrdə əxlaqi korrupsiya, fitnə-fəsad geniş surətdə vüsət alacaqdır. Bəzi pis və xoşagəlməz heyvani rəftarlı insanlar o qədər çoxalacaq ki, namussuzluq adi və təbii bir hala çevriləcəkdir. Namussuzluğun baş alıb getməsi nəticəsində heç kəs bu əxlaqsızlıqla mübarizə aparmayacaqdır. Bəzi əyləncə gecələri heyvani xüsusiyyətlərin nümayişinə çevriləcək və heç kəs belə əxlaqsızlıqlara öz kiçik etirazını belə bildirməyəcəkdir. Zühurdan öncəki belə məclislərə olan yeganə etiraz təkcə bu işlərin nə üçün dörd yol ayrıcında keçirilməsi olacaqdır (ki, bəzilərinin gediş-gəlişinə mane olduğu üçün). Bu etirazı edən şəxs o zamanın abid insanı olacaq.
Rəvayətlərə diqqət edərkən cəmiyyətdə islami dəyərlərin nə dərəcədə məhv olması isə fəsadların geniş yer almasını daha dərin anlayırıq. Rəsulullah (s.ə.s) buyurmuşdur: "Günün günorta çağında yolun ortasında qadınlara (sahiblərindən, həyat yoldaşlarının əlindən) təcavüz olunan zaman qiyamət qopacaqdır. Bu pis rəftarların qarşısında heç kəs bunu pisləməyəcək və qarşısını almayacaqdır. Bunu müşahidə edənlərin içində ən yaxşı şəxs: Ey kaş yolun ortasında deyil, heç olmasa bir az kənarda bu işi görəydi" deyən olacaq".
Digər bir hədisdə isə belə bəyan edilir: "Onlar vəhşi heyvan kimi yolun ortasında bir-biri ilə savaşır, sonda isə bir-birinin ana-bacısına və qızına hamının gözü qarşısında təcavüz etməkdən doymur, digərlərinə də bu işi görmələrini təklif edirlər.
Başqaları da bu işi görməkdən heç də çəkinmir, növbə ilə bu əxlaqsızlığı etməkdən ləzzət alacaqlar. Bununla belə heç kəs bu işə etiraz etməyəcək, hətta "pis işdir" belə deməyəcək. Onların ən yaxşısı isə "camaatın gözü qarşısında olmasaydı, daha yaxşı olardı" -deyən şəxs olacaqdır".
İFFƏTƏ YARAŞMAYAN İŞLƏRİN ÇOXALMASI
Məhəmməd İbn Müslim deyir: "İmam Baqir (ə)-a belə ərz etdim: Ey Allah Rəsulunun övladı! Sizin Qaiminiz (əc) nə zaman zühur edəcək? İmam Baqir (ə) belə cavab verdi: Bizim Qaimimiz (əc) kişilərin özlərini qadınlara, qadınların da özlərini kişilərə bənzətdikləri zaman zühur edəcəkdir. O zaman kişillər kişilərlə, qadınlar da qadınlarla cinsi əlaqəyə girəcəklər".
Bu məzmunda İmam Sadiqdən (ə) də rəvayət vardır ki, Əbu Hüreyrə Peyğəmbər Əkrəmin (s.ə.s) dilindən nəql edir: "Kişilər bir-biri ilə pis işlər görməklə müsabiqə, eləcə də qadınlar iffətsizlikləri ilə müsabiqə elan edəcəklər. Onların bu işdən ləzzət aldıqları zaman qiyamət günü gəlib çatacaq".
ÖVLADIN AZ OLMASI ARZUSU
Digər rəvayətlərdə isə bu mövzu belə bəyan edilir: "Elə bir gün gələcək ki, indi çox övladı və var-dövləti olanların qibtəsi çəkildiyi kimi az uşaqlı ailələrə qibtə ediləcək. Belə ki, onda sizlərdən biriniz qardaşının qəbiri önündən keçdikdə özünü heyvanların toz-torpağda eşələndiyi kimi, torpaqda eşələnərək deyəcək: Ey kaş onun yerində mən olaydım. Bu sözlər Allah-taalanın görüşünə olan şövqdən deyil, əvvəlcədən göründüyü işləri gördüyü üçün də deyil, əslində onun üçün nazil olmuş çoxlu çətinlikər və bəlalardan xilas olmaq üçün söylənəcəkdir".
Bu rəvayətlərdə "Əl vələdul qeyzən" ibarəti işlənmişdir. Bu isə uşaqların doğulmadan düşürülməsi və hamiləlikdən qorunma mənası daşıyır. Lakin "qeyzən" sözü digər hədisdə "qəm", "çətinlik" və "möhnət" və "qəzəb"lə mənalandırılmışdır.
Yəni o dövrdə camaat uşaqların atılması və çoxuşaqlılıqla mübarizə və övlad azlığı prinsipi ilə yaşamaq deməkdir. Yaxud da övlad sahibi olmaq qəm-qüssə, qəzəblə nəticələnməsi ehtimal olunur. Bəlkə də iqtisadi problemlər, uşaq xəstəliklərinin çoxalması, müxtəlif imkanların yoxluğu, cəmiyyətin idarə olunması səbəbinə belə hallar çoxluq təşkil edəcəkdir.
Bu rəvayətləri oxuyarkən məncə öncəgörmələrin bu xüsusda həqiqətə qovuşduğunu sübut etməyə ehtiyac qalmır.
TƏHLÜKƏ VƏ HƏRC-MƏRCLİK
Böyük qüdrətlərin təcavüzkarlığı və zorakılığı nəticəsində kiçik və zəif millətlər və hakimiyyətlər məhv olacaq, artıq təhlükəsizlik məfhumu öz mahiyyətini itirməyə başlayacaqdır. Dünyaya ağalıq edən qüdrətlər zəif xalqlara o qədər təzyiqlər göstərib millətlərin hüququna o qədər təcavüz edəcəklər ki, onları hətta nəfəs belə çəkməyə qoymayacqlar.
Peyğəmbər Əkrəm (s.ə.s) bu dövrü qələmə verərək belə buyurur: "Tezliklə ümmətlər (digər din və məzhəblərin nümayəndələri) acgözlərin yemək süfrəsinə hücum etdikləri kimi sizin əleyhinizə çalışacaqlar.
Bir nəfər belə sual edir: Hətta bizim çox olduğumuz dövrdə belə bu hücumlara məruz qalacağıqmı? Peyğəmbər (s.ə.s) cavab verir: O zaman sizin sayınız çox olacaq. Amma su üstündə saman çöpünə bənzəyəcəksiniz. Allah-taala sizin böyük əzəmətinizi düşmənlərin gözündə alçaldıb, sizin qəlbinizə isə qorxu-hürkü, süstlük salacaq.
Başqa bir şəxs isə belə sual verir: Ey Allahın Rəsulu! Bu qorxu və süstlüyün səbəbi nədir? Buyurdu: Dünyanı çox sevib, ölümdən xoşlanmamaqdır".
Peyğəmbər Əkrəmin (s.ə.s) xatırlatdığı bəyənilməz bu iki xislət bir millətin azadlıq və milli dəyərlərinin müdafiəsinə qalxmağa mane olub, onları hər bir alçaq şəraitdə zillət içində yaşaması üçün kifayət edər. Əlbəttə, hətta süni dəyərlərini belə itirməkdən qorxmadan!
TƏHLÜKƏLİ YOLLAR
Təhlükə o qədər vüsət tapacaq ki, hətta yol və xiyabanlarda belə əmin-amanlıq olmayacq və amansızlıq və qəddarlıq baş alıb gedəcək. Belə bir dövrdə Allah-taala zorakı qüdrətli bayraqları yerə endirmək üçün Həzrət Mehdini (əc) zühur etdirəcək. Vədəsi verilmiş Mehdi (əc) təkcə qüllələri fəth etməyəcək. Əslində o həqiqət və mənəviyyətə qarşı bağlanan qıfıllı qəlblərin qapısını açaraq onlarda həqiqəti qəbul etmək üçün şərait yaradacaqdır.
Həzrət Rəsulullah (s.ə.s) əziz qızı Fatimeyi Zəhraya (s) xitab edərək belə buyurmuşdur: "Məni həqiqətəti çatdırmaq üçün göndərən Allaha and olsun! Həqiqətən də bu ümmətin Mehdisi (əc) Həsənlə (ə) Hüseynin (ə) nəsilindən olacaq. Dünyanı nizamsızlıq, sahmansızlıq, fitnə-fəsad bürüdüyü zaman (bir-birinin ardınca) yollar təhlükəli olacaq, heç kəs bir-birinə rəhm etməyib, kiçiklər də böyüklərin hörmətini saxlamayacaqlar. Bu vəziyyətdə Allah-taala bu iki nəfərin (Həsən (ə) və Hüseynin (ə) nəslindən azğınlıq qülləsini məhv edib cahil və nadan qəlbləri (qaranlıq həqiqətləri dərk edə bilməyən) nurlandırmaq üçün bir nəfəri məbus edəcəkdir. O, mənim zamanın əvvəlində gəldiyim kimi zamanın sonunda (Axirəz zamanda) gələcək və dünyanı zülmlə dolduğu kimi ədalətlə sirab edəcəkdir".
Amma dünya miqyasında Həzrət Mehdinin (əc) zühurundan öncə baş verən cinayətləri təsəvvürə belə gətirmək mümkün deyil. Kiçik yaşlı uşaqların dar ağacından asılması, onların yandırılması, qaynar məhlulların içinə atılması, adamların mişarla tikə-tikə doğranılması və bu kimi acı və dözülməz hadisələr dünyanın ədalətli hökuməti qurulmadan öncə, insan hüquqlarının müdafiəsi şüarı ilə yaşayan hakimiyyətlərin əli ilə olacaqdır. Belə vəhşilikləri görən insanlar Həzrət Mehdinin (əc) hökumətinin necə zəruri olduğunu dərk edəcəklər. Rəvayətlər isə bu dərk etməni "Məhrumların pənahı" adı ilə bəyan edirlər.
Əmir Əl-Möminin Əli (ə) rüzgarın acı hadisələri haqqında belə buyurur: "Süfyanilər uşaqların cəzalandırması üçün bir yerə toplanılmasına dair bir dəstə adamı məmur edəcəklər. Belə ki, onlar uşaqları yandırmaq üçün yağları qaynadacaqlar. Uşaqlar isə: Bizim atamız sizinlə müxalifət edirsə, bizim nə günahımız var, bizi nə üçün yandırırsan? -deyə yalvaracaqlar. Onlar isə uşaqların içində Həsən və Hüseyn adlarını ayırıb dar ağacından asacaqlar. Bundan sonra onlar Kufəyə gedərək oranın uşaqları ilə də eyni rəftarı edəcəklər. Kufə məscidində də (Həsən və Hüseyn) eyni adlı uşaqları ayıraraq dara çəkəcək, əllərində nizə öz çirkin cinayətlərinə davam edəcəklər. Orada hamilə qadınları tutaraq hamılıqla yolun ortasında ona təcacvüz edəcəklər. Daha sonra isə qadının qarnını parçalayıb uşağını çıxaracaqlar. Bu dözülməz vəsiyyəti isə heç kəs dəyişdirə bilməyəcəkdir".
MÜSƏLMANLARIN ƏSİR DÜŞMƏSİ
Həzifə İbn Əliman deyir: "Peyğəmbər Əkrəm (s.ə.s) müsəlmanların problemləri haqqında belə buyurmuşdur: Onlara üz verən çətinliklər azadlıqlarını itirməyə, qadın-kişilərin qul götürülməsi ilə nəticələnəcək və onlar qul olduğunu etiraf edəcəklər. Müşriklər müsəlmanları muzdlu işçi kimi işlədəcək, onları böyük şəhərlərdə alqı-satqı edəcəklər. Onların bu işinə yaxşı-pis olmasından asılı olmayaraq heç kəs narahat olub etiraz etməyəcək.
Ey Həzifə! O dövrün insanlarının problemi gün-gündən çoxalacaq. Onlar məyus olaraq düyünlü işlərin açılması kimi hisslərə pənah aparmaqdan başqa heç bir çarələri qalmayacaq. Belə olduqda Allah-taala mənim şiələrimdən bir nəfərini, övladlarımın pak, mübarək və ağıllısını onlar üçün göndərəcəkdir. O, heç nəyə göz yummayacaq. Pərvərdigar Quran, islam dini və islam əhlinin köməyi ilə onu əziz edib, şirki məhv edəcəkdir. O, həmişə Allaha ümidvardır və heç vaxt öz ailəsi ilə (yəni mənimlə) fəxr edib qürurlanmaz. Həmçinin, o daşı-daş üstə qoymayacaq, heç kəsə haqsız şallaq vurmayacaqdır.
Uca Rəbbimiz ona xatir bəndələri və fitnə-fəsadları məhvə uğradacaqdır. O, haqq qapısını açıb, batil qapılarını bağlayacaq, müsəlman əsirlərini dünyanın hər yerində öz vətənlərinə qaytaracqdır".
GÖZLƏNİLMƏZ ÖLÜM FAKTLARININ ÇOXALMASI
Peyğəmbər Əkrəm (s.ə.s) buyurmuşdur: "Qayıdış gününün əlamətlərindən biri də iflic xəstəliyinin və gözlənilməz ölümlərin çoxalmasıdır".
Həmçinin digər yerdə buyurmuşdur: "Ağ ölüm zahir olmayınca qiyamət günü bərpa olmayacaqdır. Belə sual olundu: Ey Rəsulullah! Ağ ölüm nə deməkdir? Buyurdu: Gözlənilməz ölümdür".
Əmir Əl-Möminin Əli (ə) belə buyurmuşdur: "Həzrət Qaimin (əc) zühurundan əvvəl ağ və qırmızı ölüm olacaq.... Ağ ölüm Taundur".
İmam Məhəmməd Baqir (ə) buyurur: "Şiddətli qorxu olmayınca Həzrət Qaim (əc) zühur etməyəcək. Ondan əvvəl isə taun xəstəliyi vüsət tapacaqdır".
ÜMİDSİZLİK
Allahın Rəsulu (s.ə.s) bu barədə buyurur: " Ey Əli! Mehdinin (əc) zühuru şəhərlərin dəyişildiyi, Allah bəndələrinin zəiflədiyi, zühurun nə zaman baş verəcəyindən məyus olduqları zaman həqiqətə qovuşacaqdır. Elə bu zaman mənim övladlarımın Qaimi (əc) zühur edəcəkdir".
Əbu Həmzə Somali deyir: "İmam Baqirin (ə) belə buyurduğunu eşitdim: "Həzrət Mehdi (əc) camaatın ümidsizlik, məyusluqla üzləşdiyi bir anda, onların Həzrətə pənah aparacaqları zaman zühur və qiyam edəcəkdir".
MÜHARİBƏ, QIRĞIN, FİTNƏ
Rəvayətlər Həzrət Mehdinin (əc) qiyamından öncə çoxlu müharibələr və soyqırımlarından söz açırlar. Bəzi rəvayətlərdə "fitnə-fəsad" sözü, bəzilərində isə insanların müharibə və keçici xəstəliklər haqqında ibarətlər çox işlənmişdir.
Allah Rəsulu (s.ə.s) bu barədə isə belə öncəgörməni buyurmuşdur: "Məndən sonra sizə dörd fitnə üz göstərəcəkdir.
1. Nahaq qanlar töküləcək və ölümlər çoxalacaq.
2. Bütün qan və var-dövlət halal olacaq və mal qarəti çoxalacaq.
3. Camaatın canı və namusuna toxunulacaq, qətl və qarətdən əlavə namuslar da amanda qalmayacaq.
4. Karlıq, korluq, çətinliklər burulğanı hamını təlatümə gətirəcək. Heç kəs amanda qalmayacaq.
Başqa bir hədisdə buyurulur: "Məndən sonra qaçılmaz çoxlu fitnələr baş verəcək. Bu fitnələrə müharibələr, qaçqınlar, səfillik aiddir. Ondan sonra isə əvvəlki fitnələr daha da şiddətlənəcək. Hələ əvvəlki fitnə bitməmiş başqa bir fitnə şölələnəcək. Belə ki, bu alovun yandırmadığı heç bir ərəb evi və ailəsi, bu bəlaya düçar olmayan heç bir müsəlman qalmayacaq. Elə bu zamanda mənim ailəmdən olan bir nəfər zühur edəcəkdir".
Bəzi hədislər də Həzrət Mehdinin (əc) zühurundan əvvəl çoxlu sayda qətllər və ölüm hadisələrindən danışırlar. Lakn bu rəvayətlərin bəziləri təkcə soyqırımı, bəziləri isə çoxlu ölüm faktlarına təkidlə yanaşırlar.
Qeyd edilən bu rəvaətlərdən belə nəticəyə gəlirik:
1. Həzrət Mehdinin (əc) zühur etməsindən əvvəl çoxlu insan tələfatı olacaq və qalanların sayı ölənlərin sayından çox olacaq.
2. Bu dövrdə camaatın bir hissəsi mühaibələrdə, bir hissəsi isə keçici xəstəliklər nəticəsində məhv olacaqlar. Amma müharibədə ölənlərin sayı çox olacağı ehtimal olunur. Həmçinin, müharibələrdəki ölümlərin kimyəvi silahlar vaitəsilə keçirici xəstəliklərin yaranması ilə ölümlərin çoxalması da mümkündür.
3. Çox az qalan hissə isə İmam Zamanın (əc) şiələri və dostları olacaq. Çünki yalnız onlar Mehdiyə (əc) beyət edəcəklər. İmam Sadiqdən (ə) qeyd olunan hədislər bu məsələni təsdiqləyir: "Qalanların siz olmasını istəmirsinizmi?".
ZÜHUR ƏSRİNDƏ DÜNYANIN İQTİSADİ VƏZİYYƏTİ
Bu fəsldə nəql edəcəyimiz rəvayətlərdən belə nəticəyə gəlirik ki, fitnə-fəsadın vüsət alması ilə zərif hisslər və məhəbbət öz yerini müharibələrə verəcəkdir. Bununla da dünya iqtisadi cəhətdən çox pis və acınacaqlı vəziyyətə düçar olacaqdır. Belə ki, göylər belə insanlara rəhm etməyəcək, hətta ilahi rəhmət olan yağış belə qəzəbə gələrək intiqam alacaqdır.
Bəli! Axirəz Zamanda yağışlar azalacaq yaxud da vaxtsız yağaraq əkinçiliyi məhv edəcəkdir. Göllər, çaylar quruyacaq, əkin sahələri bar verməyəcək, ticarət rövnəqdən düşəcək. Fəqirlik, aclıq çəkən möminlər hətta bir qarın yemək üçün öz qız və qadınlarını bazara gətirib yeməyə dəyişəcəklər.
YAĞIŞIN AZLIĞI VƏ YERSİZ YAĞAN YAĞINTILAR
Peyğəmbər Əkrəm (s) buyurmuşdur: "Camaat elə bir günü yaşayacaq ki, Allah-taala yağışların öz fəslində yağmasını onlara haram edəcək. Yağış yağmayacaq, yağsa da təyin olunan fəsildə nazil olmayacaq".
Əmir Əl-Möminin Əli (ə) bu barədə buyurmuşdur: ".... Yağış isti fəsildə, yayda yağacaq".
İmam Sadiq (ə) isə bu barədə belə buyurmuşdur: "Həzrət Qaimin (əc) zühurundan əvvəl çoxlu yağışlar nəticəsində meyvələr xarab olacaq (yəni vaxtsız yağan yağışlar səbəbindən), xurmalar elə ağacda qalacaq. Belə olduqda o dövrdə şəkk-şübhəyə düşməyin".
Əmir Əl-Möminin Əli (ə) buyurur: ".... Yağışlar azalacaq. Torpağa əkilən toxum cücərməyəcək və göydən yağış nazil olmayacaq. Belə bir dövrdə Mehdi (əc) zühur edəcək".
GÖL VƏ GÖLMƏÇƏLƏRİN QURUMASI
Peyğəmbər Əkrəm (s.ə.s) buyurur: "Misir şəhərləri Nil çayının quruması nəticəsində viran olacaq".
İrtat adlı şəxs deyir: "Onda Fərat çayı ilə birlikdə digər çaylar və çeşmələrin suyu quruyacaq".
Digər rəvayətdə bu məsələ belə bəyan edilmişdir: "Təbəristan gölməçəsinin suyu quruyacaq, xurma ağacları bar gətirməyəcək. Şam şəhərindəki Zəər su çeşməsinin suyu yerə hopacaq".
BAHAÇILIQ, ACLIQ, FƏQİRLİK VƏ TİCARƏTDƏ KASADLIQ
Bir nəfər Peyğəmbər Əkrəmdən (s.ə.s) belə bir sual soruşur: "Ey Allahın Rəsulu! Qiyamət nə zaman qopacaqdır? Həzrət Rəsul (s.ə.s) buyurdu: Sual edilən şəxs (özünə işarə edərək) sual edən şəxsdən çox şey bilmir. Amma qiyamət gününün əlamətləri vardır ki, onlardan biri bazarların yaxınlaşmasıdır. O şəxs yenidən sual etdi: Bazarların və ticarətin yaxınlaşması nə deməkdir? Buyurdu: Bazarların və ticarətin kasadlaşmasıdır. O dövrdə heç bir məhsul verməyən yağışların yağmasıdır".
Həzrət Mehdinin (əc) qiyam günü haqqında çoxlu rəvayətlər vardır. Bəzi rəvayətlərdə Novruz bayramı qiyam ediləcək ilk gün kimi qələmə verilmişdir. Bəzi rəvayətlər isə Aşura günü qiyamın ilk günü olacağından xəbər verilir. Bir neçə rəvayətlərdə qiyamın Şənbə, bəzilərində isə Cümə günündə təyin edildiyi söylənir. Lakin Həzrət Mehdinin (əc) qiyamının istər Aşura yaxud Novruz, istərsə də Şənbə yaxud Cümə günündə baş verməsi heç də əsaslı problem yaratmır. Çünki Novruz bayramı dedikdə Şəmsi tarixi, Aşura dedikdə isə Qəməri tarixi nəzərdə tutulur. Bu iki tarixin isə bir gündə baş verməsi heç də qeyri-mümkün bir hadisə deyildir. Eləcə də bu iki tarixin Şənbə yaxud Cümə gününə səbəb olacaq məsələ həftənin bu iki gününün qiyam günü kimi elan edilməsidir. Buna baxmayaraq isə bu rəvayətləri təbir və təfsir etmək də olar. Çünki bütün bu hədislərin etibarlı olduğunu qəbul etdiyimiz təqdirdə bizi Cümə gününün zühur, Şənbənin isə qiyam günü kimi qəbul etməyə vadar edir. Yəni Cümə günü zühur edəcək, Şənbə günü isə qiyama qalxacaqdır.
Rəvayətlərdə eyniliklə Şənbə gününün "qiyam" günü kimi təyin edilməsi isə ilahi qanunların bərpası və müxalif qüvvələrin məhv edilməsi mənasını daşıyacaqdır.
Qeyd etmək lazımdır ki, qiyamın Şənbə günündə baş verəcəyini təkid edən rəvayətlərin sənədləri haqqında tədqiqat aparmaq da pis olmazdı. Lakin qiyamın Cümə günündə olacağını deyən hədislərdə bu baxımdan heç bir irad nəzərə çarpmır. İmam Baqirdən (ə) belə nəql edilir ki: "Həzrət Qaim (əc) Aşuranın Şənbə gününə düşdüyü, İmam Hüseynin (ə) şəhid olduğu bir gün qiyam edəcəkdir".
Digər yerdə buyurmuşdur: "Siz heç bu günün (Aşura gününün) necə bir gün olduğunu bilirsinizmi? Bu gün Allah-taala Adəm və Həvvanın tövbəsini qəbul etmişdir. Bu gün Pərvərdigar çayı Bəni İsrail üçün iki yerə bölüb, Firon və fironçuları suda batırdığı, İbrahimin doğulduğu, Yunus peyğəmbərin qövmünün tövbəsini qəbul etdiyi, İsanın (ə) anadan olduğu və Həzrət Qaimin (ə) qiyam edəcəyi bir gündür".
Başqa bir rəvayətdə elə bu məzmunda İmam Baqirin (ə) dilindən də belə nəql edilmişdir. Lakin bu rəvayətdə İbn Bətanin adlı bir şəxsin olması sənəd baxımından etibarını şübhə altına salmışdır.
İmam Sadiq (ə) buyurmuşdur: "23-cü gecə Həzrət Mehdi çağırılacaq və Aşura günü, yəni Hüseyn İbn Əlinin (ə) şəhadət günündə isə qiyam edəcəkdir".
İMAM ZAMANIN QİYAMINDA QADINLARIN ROLU
Rəvayətləri araşdırarkən Həzrət Mehdinin (əc) zühurundan əvvəl və xüsusilə də qadınların böyük rol oynadığı haqqında mövzulara rast gəlmək mümkündür. Bəzi rəvayətlərin söylədiyinə əsasən Dəccalın tərəfdarlarının çox hissəsini qadınlar və yəhudilər təşkil etməsinə baxmayaraq zühurdan öncəki vəziyyətdən pis təsirlənərək etiqadları naminə çalışıb-vuruşan çox imanlı və iffətli qadınlar da olacaqdır.
Çox möhkəm etiqadlı və cihad ruhiyyəli bəzi qadınlar düşdükləri bütün şəraitlərdə Dəccalın əleyhinə zidd təbliğatlar apararaq onun insanlığa layiq olmayan mənfi mahiyyətini aşkara çıxaracaqlar.
Bir sıra rəvayətlər Həzrət Mehdinin (əc) qiyamı zamanında 400 qadının o həzrəti müşayiət etməsini qeyd etmişlər. Bu qadınların çox hissəsi tibbi sahədə fəaliyyət göstərəcəyinə də işarə edilmişdir. Əlbəttə, rəvayətlərdə Həzrət Mehdinin (əc) qiyamı zamanı onunla bərabər olan qadınların sayı müxtəlifdir. Hədislərdən bəziləri onların sayının 13 nəfərdən ibarət olduğundan xəbər verirlər. Bəlkə də bu şəxslər (qadınlar) İmam Zamanın (əc) köməkçi qüvvələri olacaqlar. Bəzi rəvayətlər isə Həzrət Mehdinin (əc) yardımçı qüvvəsi olan qadınların sayını 7800 nəfər olduğundan xəbər verirlər. Bunlar isə (qadınlar) qiyamdan sonra bəzi məsələlərdə Həzrətə tabe olaraq onun köməkçiləri olacaqlar.
"Fitən" adlı kitabda İbn Həmmad belə deyir: "Dəccalın gəldiyi gün möminlərin sayı aşağıdakı kimi olacaqdır: 12 min nəfər kişi və 7700 yaxud da 7800 nəfər qadın".
TARİXİ QAYNAQLARDA ZÜHUR ƏSRİ QADINLARI HAQQINDA ARAŞDIRMALAR
Müfəzzəl İbn Ömər tərəfindən qeyd edilən rəvayətlərdə Həzrət Qaimlə (əc) birlikdə olan qadınların sayı 13 nəfərdən ibarətdir. Lakin bu 13 nəfərdən yalnız 9-nun ad və xüsusiyyətləri dəqiqləşdirilmişdir. İmam Sadiqin (ə) bu adları təkidlə söyləməsi bizi bu qadınların həyatı, bioqrafiyası və gözəçarpan xüsusiyyətləri haqqında araşdırmalar aparmağa vadar etdi. Əlbətə bu araşdırma heç də nəticəsiz olmadı. Çünki tədqiqatdan sonra İmam Sadiqin (ə) nə üçün bunu təkid etdiyinə qənaətbəxş cavablar əldə etmişik.
Bu şəxslərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdirlər. Çünki ilk növbədə bu şəxslər Allah düşmənləri qarşısında öz ləyaqətlərini göstərmişlər. Onlardan bəziləri (Siyanə kimi) bir neçə şəhid anası olmuş, nəhayət özü də faciəli şəkildə şəhadət badəsini içmişdir. Bəziləri isə (Süməyyə kimi) islam etiqadının müdafiəsi naminə ən çətin və dözülməz işgəncələrə davam gətirərək son nəfəsinə qədər öz əqidəsinə dönük çıxmamışdır. Başqaları isə (Ummu Xalid kimi) sağlamlığını islam dinin mühafizəsi üçün ayaqlar altına ataraq əlilliklə dostluq peymanı bağlamışdı. Zübeydə kimilər isə qüdrətli dünyanın göz qamaşdırıcı bər-bəzəyinə aldanmayaraq islama olan məhəbbətini azaltmamış, əksinə olaraq bu var-dövlətdən etiqadı yolunda bu əbədi dinin ən böyük və əhəmiyyətli sütunu olan həcc mövsümünün bərpasına xərcləmişdir.
İMAM ZAMANIN (Ə) CİSMİ XÜSUSİYYƏTLƏRİ
YAŞI VƏ ÜZ SİMASI
Həsin adlı bir şəxsin İmran adlı oğlu deyir: "Allahın Rəsuluna belə ərz etdim: Bu şəxsin (yəni Həzrət Mehdinin (əc)) xüsusiyyətləri və bəzi ruhi-mənəvi vəziyyəti haqqında məlumat verərsinizmi? Peyğəmbər (s.ə.s) buyurdu: O mənim övladlarımdandır. Hündür və Bəni İsrailin kişilərinə bənzər qaməti vardır. Ümmətin çətin və problemli günlərində qiyam edəcək. Üzünün rəngi ərəblərə oxşayır. Üzdən 40 yaşlı kişi kimi görünəcək və ay kimi parlaq olacaq. Yer üzündə zülmün baş alıb getdiyi zaman onu ədalətlə dolduracaq. 20 il bütün işləri idarə edəcək. Roma və Konstantinopol kimi küfr şəhərələrini fəth edəcəkdir".
İmam Sadiq (ə) isə bu barədə belə buyurmuşdur: "Yəqinliklə deyirəm ki, Allahın vəsisi İbrahim (ə) peyğəmbər kimi 120 il ömür sürəcəkdir. Lakin üzü öz cavanlıq təravətini itirmədən 30 yaşlı cavana bənzəyəcəkdir".
Əllamə Məclisi belə deyir: "Bəlkə də burada hakimiyyət dövrü və hakimlik illəri nəzərdə tutulmuşdur. Yaxud da Həzrət Mehdinin (əc) ömrü elə bu qədər olmuş, sonradan Allah-taala onun həyatını çoxaltmışdır.
Yeri gəlmişkən, İmam Zamanın (əc) bütün bədən üzvləri bir-birinə uyğun olması da qeyd olunmuşdur".
Əbu Bəsir deyir: "İmam Sadiqə (ə) belə ərz etdim: "Sizin atanızdan İmam Zamanın (əc) enli kürəkli, açıq sinəli olduğunu eşitmişəm. Həzrət Sadiq (ə) belə cavab verdi: Ey Əbu Məhəmməd! Atam Peyğəmbərin (s.ə.s) zirehini geyinərkən ona gen qalardı. Belə ki, boydan da uzun olub yerlə sürünərdi. Mən də o zirehi geyinmişəm. Elə mənə də gen gəlir. Amma Həzrət Qaimin (əc) qəd-qamətinə Peyğəmbərin (s.ə.s) əyninə biçildiyi kimi münasib, ətəyindən azca qısa olacaq. Belə ki, onu görənlər Həzrətin (əc) ətrafına düyünləndiyini zənn edəcəklər".
Həzrət Mehdi (əc) digər məsum imamalarımız (ə) kimi əxlaqi kamilliyə malik olan bir şəxsiyyətdir. Məsum imamalrın (ə) bəşər övladları arasında kamil insanlar olmasını nəzərə alaraq örnək və nümunə kimi bütün cəhətlər kimi əxlaqi baxımdan da yüksək həddə olmaları gərəkdir.
Həzrət Rza (ə) belə buyurmuşdur: "Mehdi (əc) ən ağıllı, səbirli və ən təqvalı insandır. O, bütün insanlardan rəhmli, şücaətli və abiddir".
İbn Tavusun yazdıqlarına əsasən İmam Zamanın (əc) Allaha qarşı olan qorxusu nizənin iki ucuna da bənzədilmişdir. Nizədən istifadə üsulu sürətli nişan almaqdır. Bu da elə qartalın iki qanadına bənzəyir. Bunlardan (nizənin iki ucundan) biri əyri olarsa, nişana vurmaq qeyri-mümkündür.
Bəlkə də bu sözləri deməkdə məqsəd Həzrət Mehdinin (əc) Allahdan qaynaqlandığı qüdrətinə və bütün vücudu ilə Haqq Həzrətlərinin köməyinə olan ehtiyacını xatırlatmaqdır.
İmam Sadiq (ə) buyurmuşdur: "Nə üçün Həzrət Mehdinin (əc) zühuruna tələsirsiniz? Bir Allah bilir ki, onun paltarı necə kobud, cadar, yeməyi arpa çörəyi, hakimiyyət qılıncı, ölümü də xəncər kölgəsidir?".
Rəvayətlərdə zühur zamanı Həzrət Qaimin (əc) xüsusi geyimi haqqında məlumatlar da vardır. Bəzən Rəsulullahın (s.ə.s) köynəyini geyəcəyindən, bəzən də Yusif (ə) peyğəmbərin köynəyində olacağı da qeyd edilmişdir.
Şüeybin oğlu Yəqub deyir: "İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: "Sənə Həzrət Qaimin (əc) zühur etdikdə geyinəcəyi köynəyi göstərməyimi istəyirsənmi? Cavab verdim: Əlbəttə ki, görmək istərdim. Həzrət Sadiq (ə) kiçik sandığın gətirilməsini istədi və onun qapağını açaraq içindəki köynəyi çıxarıb sol qolundakı qan ləkəsi görünənə qədər açaraq buyurdu: Bu Peyğəmbərin (s.ə.s) köynəyidir. Müharibədə 4 ön dişinin sındığı gün (Uhud müharibəsində) bu köynəyi geyinmişdi. Həzrət Qaim (əc) də bu köynəyi əyninə geyinib qiyam edəcəkdir. Mən o qan ləkəsini öpüb gözlərim üstünə qoyduqdan sonra İmam (ə) köynəyi büküb götürdü".
Allah Rəsulu (s.ə.s) Həzrət Mehdinin (əc) silahları haqqında belə buyurmuşdur: "Bizim Qaimimiz (əc) qiyam etdikdə və zühurunun məmuriyyətinə başlayarkən əlində olan qılınc dil açıb ona deyəcək: Ey Allahın vəlisi! Qiyam et və düşmənlərini öldür!".
Bütün insanların daxili xüsusiyyətləri, sahib olduqları şəxsiyyət onların üzlərində özünü əks etdirir və bunu öyrənən bir elm də vardır. Həzrət Mehdinin (əc) əhəmiyyətli xarakterlərindən biri də bu elmə sahib olması ilə saleh insanları saleh olmayanlardan ayıraraq fasidləri öz cəzalarına çatdırmaqdan ibarətdir.
İmam Sadiq (ə) buyurmuşdur: "Bizim Qaimimiz (əc) qiyam edərkən tanımadığı bir şəxs qalmayacaq" . Yəni yaxşı insanları pislərdən ayıracaqdır.
Axirəz Zamanda bütün insanların daha qüdrətli dövlətin qurulması ilə zərrəciklərə dayaq olacaq bir hökumətin səbirsizliklə gözlədiklərinə baxmayaraq, bütün baş verənlərə bir o qədər də nikbin deyillər. Çünki hər iş başına gələn, yaxud hansısa bir partiyanın doğru yolda olduğunu anlamaq çox çətin bir iş olduğu hər kəsə, bütün dünyanı idarə etməklə hər şeyi sahmana salacağına etimad etməyəcəklər.
Elə bu səbəbdən də cəmiyyətə nizam-intizamın qaytarılması, dünyada təhlükəsizliyi təmin etmək iddiası ilə meydana çıxmış dövlət işçilərinin yüksək potensiallara malik olmaları gözlənilir. Bu potensialları sübuta yetirmək üçünsə, xüsusi kəramətlər və xariqüladə işlər görmək gərəkdir. Bəlkə də bu mövzu Həzrət Mehdinin (əc) zühurunun ilk günlərində bəzi möcüzələr gözərməsinə zəmin yaradacaqdır. Məsələn, rəvayətlərin dediyinə əsasən quşlar uçduqları halda bircə işarə ilə yerə enərək onun qolunda oturmaları, quru çubuğu torpağa batırdıqda bircə anın içində yaşıllaşaraq qol-budaq atması və bu kimi möcüzələrə sahib olacaqdır.
Bu möcüzələr və kəramətlər vasitəsilə camaata Allahın əmri ilə yer-göyün ixtiyarı verilmiş böyük bir şəxsiyyətlə üzləşdiklərini sabit etmək üçündür. Bu möcüzələr illərlə deyil, bəlkə də əsrlər uzunu özlərini məcburiyyətə düçar edən insanlar üçündür. Göy üzündən müxtəlif təyyarə və qırıcı pulemyotların qurbanlardan başqa bir şey görməyən insanlar bu şər qüvvələrə mane olacaq bir qüdrət görməyiblər. Lakin birdən yer-göyün ixtiyarında olduğu bir şəxsiyyətlə qarşılaşacaqlar.
Elə dünənlərdə qıtlıq böhranı yaşayan, həyatını təmin edə bilməyəcəyi tərzdə ömür sürərək quraqlıq və s. səbəblərdən ağrı-acılara dözən bəşər övladı kəskin iqtisadi mühasirələri aradan qaldırmağa çalışanlar bircə işarə ilə bütün torpaqları yaşıllığa çevirən, yağışlar yağdıran bir varlığın qarşısında diz çökəcəklər.
İllər uzunu əlacsız xəstəliklərə düçar olmuş, həqiqətdə əlacsız qalmış dünya camaatı bu xəstəlikləri asanlıqla müalicə edərək, ölüləri dirildən bir insanla üzləşəcəklər. Bütün bu kəramət və möcüzələr bu ilahi rəhbərin qüdrətli, haqlılığı və sədaqətindən xəbər verirlər.
Ümumiyyətlə, dünya xalqları bu şəxsi əvvəlki iddiaçılardan fərqli olduğuna iman gətirəcəklər. O, doğrudan da qurtuluş simvolu, ilahi vergi və vədəsi verilmiş Mehdidir (əc)!
İmam Rza (ə) buyurmuşdur: "Həzrət Mehdi (əc) zühur edərkən Yer üzü daha da nurlanacaq və yer onun ayaqları altında sürətlə hərəkət edəcək (məqsədinə tez çatacaq) və heç bir kölgəsi olmayacaqdır".
İmam Baqir (ə) Surə adlı bir nəfərə belə buyurmuşdur: "Zülqərneynə iki sıx və ram buludu seçmək ixtiyarı verildi. O, ram buludu seçmişdi. Sıx və bərk bulud isə Həzrət Sahibəz Zaman (əc) üçün qeyd edilmişdir.
Surə soruşur: Sıx və bərk bulud nə neməkdir? Həzrət Baqir (ə) cavab verir: Sıx bulud ildırımlı-şimşəkli buluddur. Buludlar belə olanda sizin sahibiniz onun üzərinə minəcək və bir yerdən başqa yerə gedəcəkdir. Şübhəsiz ki, o (əc) buludlar vasitəsilə göyün ən yüksəkliklərinə qalxacaq, yeddi qatlı yer-göyü seyr edə biləcəkdir. Yeddi qatlı yer-göy dedikdə 5-nin yaşayış, digər 2 qatının isə viran olan yer qatı nəzərdə tutulur".
İmam Baqir (ə) buyurmuşdur: "İmam Zaman (əc) zühur edərkən Kufəyə tərəf yola düşəcək. Orada 7 il hökumət yürüdəcək. Bu 7 ilin hər bir ili sizin on iliniz qədər (bərabərində) olacaq. Bundan sonra isə Pərvərdigarın "iradə etdiyi hər bir işi yerinə yetirəcəkdir".
Bu məqamda İmam Baqirə (ə) belə bir sual verilir: Bəs bu illər necə uzun olacaq? İmam (ə) cavab verdi: Allah-taala təşkilatçı və iradəedici mələyə öz sürətini azaltmasını əmr edəcək. Bunun üçün də illər uzanacaq" Belə bir sual da meydana çıxır ki, dünyanın hərəkətində ən kiçik dəyişiklik onların bir-birinə qarışıb nizamın pozulması ilə nəticələnməyəcəkmi? İmam isə bu suala belə cavab verir: Bu sözlər materialist etiqadlı və kafirlərin sözüdür. Lakin Allahın hər şeyi iradə etdiyinə inanan müsəlmanlar belə sözlər danışmazlar".
Kəəb adlı şəxs İmam Mehdinin (əc) Konstantinopol şəhərinin fəth edilməsi haqqında deyir: "Bayrağı torpağa sancacaq və sübh namazı qılmaq üçün su ardınca gedəcək. Su Həzrətdən (əc) uzaqlaşacaq. İmam (əc) bayrağı götürərək suyun ardınca bir miqdar daha yol gedərək bayrağı yenidən orada torpağa sancacaq. Daha sonra ordusunu çağırıb belə xitab edəcək: "Ay camaat! Allah-taala Bəni İsrail üçün böldüyü kimi sizin üçün də dənizi bölmüşdür". Bunu dedikdən sonra dənizi ötərək Konstantinopol şəhəri ilə üzbəüz dayanacaq, şəhərin divarlarını lərzəyə gətirən təkbir nidaları ilə irəliləyəcəklər.
Bir daha "Allahu Əkbər" nidaları divarların titrəyişini çoxaldacaq. Daha bir təkbir isə mühafizəkar qüllə darvazanın hasarlarının dağılması ilə sona çatacaqdır".
İmam Baqir (ə) bu barədə belə buyurmuşdur: "Musa (ə) peyğəmbərin əsası Adəm (ə) peyğəmbərin olubmuş və Şüeyb (ə) peyğəmbərə irs çatdıqdan sonra Musa İbn İmrana (ə) verilmişdir. O əsa bizdədir. Bu yaxınlarda mən onu (əsanı) görəndə hələ də yaşıllığını itirməmişdi. Sanki elə indi, bu dəqiqə ağacdan qırılmışdı. O əsadan sual olunanda dil açıb danışa da bilir. O əl ağacı zühur etdikdə bizim Qaimimizin (əc) əlində olacaq və Musanın (ə) əsa vasitəsilə gördüyü işləri də edəcək. Çünki o əsaya verilən əmri icra edərək yerə atıldıqda bütün cadu və sehirləri udur (batil edəcəkdir".
Əmir Əl-Möminin Əli (ə) bu barədə belə buyurmuşdur: " ..... Həzrət Mehdi (əc) bayraqları dalğalandıracaq, möcüzələr yaradacaq, Allahın izni ilə heç nədən yeni şeylər yaradacaq, pis və xora xəstələrinə şəfa verəcək, ölüləri dirildib və diriləri öldürəcəkdir".
İMAMIN QOŞUNLARI
Həzrət Mehdinin (əc) hərbi qüvvələri müxtəlif millətlərin nümayəndələrindən ibarət olacaq və qiyam zamanı bu şəxslər xüsusi metodlarla çağırılacaqlar. Əvvəlcədən komandanlıq vəzifəsinə təyin edilmiş şəxslər ordunu idarəetmə və döyüş əməliyyatlarını öz öhdələrinə götürəcəklər. Bu müqəddəs orduya (Həzrət Mehdinin (əc) hərbi qoşunlarına) daxil olmaq üçün xüsusi şəraitlər qoyulmuşdur. Yalnız layiqli şəraiti olanlar bu orduya qəbul olunacaqlar. Bəziləri ilkin kadrlar, bəziləri isə Həzrət Mehdinin (əc) mühafizəkar dəstələri kimi fəaliyyət göstərəcəklər.
Rəvayətlərdə hərbi əməliyyatlara iş taktikası və yaxud komandirlərin adı qoyulmuş şəxslərin fəaliyyətlərindən söhbət açılmışdır.
Əmir Əl-Möminin (ə) xütbələrindən birində belə buyurmuşdur: "... Mehdi (əc) Həzrət İsanı (ə) öz canişini kimi seçərək Dəccalın əleyhinə hücuma keçəcək. İsa (ə) Dəccalı məhv etmək üçün işə başlayacaq. Lakin bütün dünyanı hakimiyyəti altına alan Dəccal əkin torpaqları və bəşər övladını məhvə sürükləyəcəkdir. Camaatı onun hakimiyyətini qəbul etməyə çağıraraq onlara lütf edəcək, qəbul etməyənləri isə öldürəcəkdir. Məkkə, Mədinə və Beytül Müqəddəs şəhərlərindən başqa bütün dünyanı bir-birinə qarışdırmış, şərq və qərbi qeyri-qanuni övladlar toplusuna çevirəcəkdir.
Dəccal Hicaza doğru yola düşəcək və İsa (ə) "Hərşa" boğazında özünü ona çatdıraraq qorxunc bağırtı ilə ona zərbələr vuracaq və sonda onu qurğuşun odda əridiyi kimi alovlara atıb məhv edəcəkdir".
Daha sonra Əmir Əl-Möminin Əli (ə) belə buyurmuşdur: "Peyğəmbər Əkrəm (s.ə.s) Həzrət Mehdinin (əc) dostlarını Bədr döyüşündə
Şərhi əlavə etmək