İsrail İmam Mehdini (ə) niyə axtarır?
İsrail İmam Mehdini (ə) niyə axtarır?
Amerika saytı İsrail kəşfiyyatının İraqda qeybdə olan İmamı axtarması barədə yazı dərc edib
ya istinadən verdiyi xəbərə görə, "veteranstoday.com" saytı 2003-cü ildə ABŞ tərəfindən İraqın işğal edilməsindən sonra sionist kəşfiyyatının İraqda müsəlmanların qeybdə olan on ikinci imamı İmam Məhdinin (ə) axtarışına başlaması barədə məlumat dərc edib.
Məqalədən bəzi hissələri təqdim edirik:
"İraqın Amerika tərəfindən işğalı zamanı, iraqlılara həbsxanalarda işgəncə vermək adi iş idi. İsrail düşərgələrində xüsusi taktikalarla öyrədilmiş kəşfiyyatçıların dindirilmə zamanı verdikləri ən anlaşılmaz suallardan biri, "İmam Mehdi adlı adam harada gizlənir?" sualı idi.
İsrail yönümlü İran Xristian Xəbər agentliyinin "MohabatNovosti" məlumatına görə, gizli İmam qarşısında qorxu o qədər böyükdür ki, MKİ və Mİ6 son 20 il ərzində İraqda İmam Mehdi (ə.c) haqqında məlumat almaq istəmiş, "İmamı axırıncı dəfə harada görmüsünüz?, Hansı şəhərə, nə vaxt və neçənci ildə o yenidən gələcək?" sualını verməklə, din alimlərinə və günahsız sakinlərə işgəncə vermişlər.
Zalım hökmdarlar min il bundan əvvəl də onu tutmaq və öldürmək istəmiş, müasir zülmkarlar da onu öldürmək üçün axtarmaqdadırlar. Yəhudi jurnalisti Melani Fillips BBC-də İmam Məhdinin İranda gizlənməsi barədə araşdırmaya başlamışdır. Saytın məlumatına görə, 2006-ci ildə, silahlı qüvvələrin formasını geymiş adamlar tərəfindən İmam Mehdinin (ə.c) anadan olduğu və qeybə çəkildiyi yer olan Samirrədə İmam Mehdinin (ə.c) atası Həsən Əsgərinin (ə.s) məzarı bombardman edilmişdir. Terrorçular türbəyə daxil olmuş, mühafizəçilərin əl-qolunu bağlamış, ətraf yerlərə bombalar basdırmış və mühafizəçilərin sözlərinə görə, məzardan nəsə götürmək üçün onu açmışlar. Bəziləri iddia edir ki, onlar imam Həsən Əsgərinin (ə.s) üstündən, gələcək İmamın DNT-sini təyin etmək məqsədi ilə nəsə bir geyim götürmüşlər.
Əsrlər boyu maliyyə və digər manipulyasiyalarının köməyi ilə sionistlər xristianları inandıra bilmişlər ki, məhz İslam bəladır və ona qarşı xristian-sionist birliyi qurmaq lazımdır. Onlar anti-islam analitik mərkəzlərinə və müsəlmanların kütləvi informasiya vasitələrindən təcrid olunmalarına milyardlar xərclədilər. Əgər İsrail öz siyasətini bibliya inancları əsasında qurursa, onda bu "messianik hisslər" İmam Məhdinin (ə.c) axtarışına səbəbdirmi? Və əgər onlar Onun gələcəyini bilirlərsə, onda "qara bayraqlı ordular Xorasandan hərəkətə keçəcək, heç bir qüvvə onları dayandıra bilməyəcək və onlar nəhayət Yeruselimə çataraq öz bayraqlarını qaldıracaqlar" hədisindən də xəbərdar olmalıdırlar.
MAGATE aşkar etdi ki, İran nüvə bombası istehsal etmir, lakin İsrail hələ də müharibəyə təkid edir. Bəlkə səbəb budur ki, İranda 12-ci imamın ən qatı tərəfdarlarının yaşadığı yerlər Xorasan bölgəsinin tərkib hissəsidir. Xorasan İranın şimal-şərq əyaləti olaraq, mərkəzi Asiyanın və Əfqanıstanın da bəzi hissələrini özündə cəmləşdirir.
ABŞ və İsrail müharibə apardıqları bütün yerlərdə ağ fosfor tərkibli bombalardan istifadə etmiş və bununla müharibəni aparmaqda məqsədlərinin heç də demokratiyanı ixrac etmək olmadığını sübut etmişlər. Bu hərbi təcavüzlərin məqsədi gələcək nəsillərin şikəst və eybəcərləşdirilməsini təmin etmək ola bilər ki, bununla da həmin məmləkətin mübariz insanları heç vaxt müqavimət hərəkatını formalaşdırmaq iqtidarında olmasınlar.
ABŞ-ın İraqı işğala başlamasından on il sonra, Amerika hərbçilərinin tükədici uran və ağ fosfordan istifadə etməsi səbəbindən həkimlər anomal sayda xərçəng xəstəliyi və doğum qüsurları müşahidə edirlər. Hal-hazırda Əl-Falluca şəhəri üçün doğum qüsurlarının səviyyəsi Xirosima və Naqasakini keçmişdir.
"Danish Daily"-nin dərc etdiyi sızmış əfqan sənədlərindən Əfqanıstanın məskunlaşmış bölgələrində ABŞ güclərinin rəhbərliyi altında ağ fosforlu qumbara, raket və bombalardan 1100 dəfədən çox istifadə edilməsi faktı müəyyən edilmişdir.
Qara bayraqla öz ordusunu aparacaq İmam Mehdinin (ə.c) gələcəyini xəbər verən İslam hədisləri az sayda ərəblərin bu ordunu dəstəkləyəcəklərini, çoxunun isə tiranların tərəfində olacaqlarını da xəbər verirlər. Kimdir bu ərəblər? Suriyadakı konflikt Səudiyyə Ərəbistanının və İran körfəzi dövlətlərinin İsraillə necə müttəfiq olduğunu aşkar edir. İsrail Suriya və İranla müharibəyə təkid edir. Eyni zamanda, Səudiyyə Ərəbistanından və Qətərdən Suriyadakı müxalif döyüşçüləri silahlandırmaq üçün böyük pullar və hərbi sursat göndərilir. Şiələrin öldürülməsi də bu proqramın bir hissəsi idi. Dünyanın yeni düzəni İslam məmləkətlərində İsrailə dost olan qəddar gücləri yaratmağı bacardı, hansı ki, qadın və uşaqların zorlanmasını, başsız bədənlərin qənimət kimi YouTube-də göstərilməsini normal hesab edirlər.
İslamın bu dözümsüz forması, britaniya agenti Əbdul Vəhhabın ideyası olub, Səudiyyə rejimi tərəfindən təbliğ olunur. Bu əqidə məktəbi İsraili deyil, şiələri öz düşməni kimi görür.
Azad Suriya ordusunun liderlərindən biri olan Abdulla Təmimi sünni (zahirən - red.) qayda-qanunları yaratmaq, eləcə də şiə, xristian və druzlara qarşı vuruşmaq məqsədilə İsraildən kömək almaq üçün xahiş etmiş, hətta “İsrail bizim düşmənimiz deyil, biz istəyirik ki, İsrail bizə kömək etsin” deməkdən də çəkinməmişdir. Bu qüvvələr Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Əfqanıstan və İraq kimi ölkələrdə şiələrin həyəcan doğuran sayda ölümləri ilə nəticələnən məzhəb müharibələrini də maliyyələşdirirlər.
Səudiyyə Ərəbistanı regionda dini məktəblərin inkişafına milyonlarla dollar vəsait xərcləyir. Pakistanda şiələrin ölüm halları artıb, hərçənd köklü sünni və şiə qrupları səviyyəsində birləşməyə bir sıra səylər edilmişdir. Bütün bu cəhdlərə baxmayaraq Səudiyyə pullarının hesabına Navaz Şərif hakimiyyətə gətirildi. Onun hakimiyyətə gəlişindən sonra Səudiyyə hökuməti Əfqanıstanda olduğu kimi, maliyyələsdirdiyi mədrəsələrdə gənclərə xüsusi təlim keçir və onlardan Suriyada döyüşmək üçün təkfirçi qruplaşmalar yaratmaqla məşğuldur.
ABŞ-ın dəstəyi ilə İsrailin gizli İmamı axtarmaq üçün işləməsi faktı, bibliya tarixində qeyd olunmuş məsələlərin az da olsa həqiqi olması fikrinə gətirib çıxardır və biz dünyada hələ də super qəhrəmanların olmasına inanmaq istəyirik. Başında qabaqcadan söylənilmiş lideri ilə Xorasandan qara bayraqla çıxacaq və ədalətsizliklə mübarizə edəcək orduya ümid etmək elə də məntiqsiz görünmür."
------------------------------
Mənbə: http://www.veteranstoday.com/2013/08/11/why-is-israel-looking-for-imam-m...
Şərhi əlavə etmək