Suriyada bir neçə məktəbli uşaq həlak olub
Suriyada bir neçə məktəbli uşaq həlak olub
Suriyanın Homs şəhərində uşaqlara aid bir məktəbin yaxınlığında terror aktı törədilib, hadisə bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnib.
Livanın Əl-Əhd internet xəbər portalının məlumatına görə, Homs şəhərində uşaqlara aid bir məktəbin yaxınlığında bir maşına yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi iki məktəb işçisi və 5 uşağın ölümünə səbəb olub. Həmçinin hadisədə çoxlu sayda məktəbli də yaralanıb.
Son bir neçə ayda Suriya ordusunun terrorçulara qarşı apardığı əməliyyatlarının nailiyyətləri böyük olub
Terrorçu qruplar bu ölkənin müxtəlif məntəqələrində terror aktları həyata keçirərək çoxlu sayda uşaq və qadını qətlə yetirirlər.
irib.ir
Şərhi əlavə etmək