Suriyada terrorçu ünsürlərdən bir qrupu özlərini təslim ediblər
Suriyada terrorçu ünsürlərdən bir qrupu özlərini təslim ediblər
Suriya ordusunun terrorçulara qarşı əməliyyatları terrorçuları qorxuya salıb.
Suriya ordusunun, ölkənin müxtəlif yerlərində terrorçular əleyhinə apardığı uğurlu əməliyyatın ardınca terrorçu ünsürlərdən bir qrupu özlərini ordu qüvvələrinə təslim ediblər.
Suriyanın dövlət televiziyası bir məlumatda qeyd edib: Rif, Dəməşq , Ədləb , Dəra və Həmah məntəqələrində 84 terrorçu şəxs özünü Suriya ordusuna təslim edib.
Belə bir vəziyyətdə Suriyanın məlumatlı xəbər qaynaqları bu ölkədə terrorçular arasında ixtilafların dərinləşməsini bildiriblər.
Sözü gedən qaynaqlar Suriyada Əl-Nəsrə kimi terrorçu qruplaşmalar arasında ixtilafların genişlənməkdə olmasına işarə edərək elan ediblər: Bu terrorçu qruplaşmalar arasında gedən ixtilafların mənşəyi nə siyasi nədəki müəyyən bir bölgədə hökumət təşkil etmək deyil. Əksinə əqidəvi məsələdən mənşə alır.
Suriyanın xəbər qaynaqları terrorçuların arasında vahid bir mövqeyin olmamasına və bu terrorçu qruplaşmaları dəstəkləyən dövlətlərin arasında gedən ixtilafların ifşa edilməsinə işarə edərək elan ediblər: Hazırda Suriyada ayaq alıb gedən vəziyyət bir növ mütəşəkkil terrorizmdir ki, bu da bəzi ərəb-qərb dövlətlərinin təşkilatçılığı ilə formalaşıb.
Suriyanın Daxili İşlər Nazirliyi bir bəyanatda qeyd edib: Dəməşqin beynəlxalq təşkilatlarla o cümlədən BMT ilə əməkdaşlıq etməsi Suriya düşmənləri və terrorçularını hiddətləndirib.
irib.ir
Şərhi əlavə etmək