Aşura bizim həyat məktəbimizdir

Aşura bizim həyat məktəbimizdir

ءAşura bizim həyat məktəbimizdirءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

Bağışlayan və mehriban Allahın adı ilə
 Adəmin yaranışından sonuncu peyğəmbərimizə qədər həmişə haqq əhli batil qarşısında mübariz tələb edib. Bu günə qədər də bu davam edib və qiyamətə qədər də davam edəcək. Bu barədə iki hekayəni qeyd etməklə kifayətlənirik. Qabil Habilin heç bir dəlil və məntiqini qəbul etmədi. Adəm (ə) Qabilə görə dedi ki, qurbanlıq gətirin kimin qurbanlığı qəbul olunsa o haqqdır. Nəticədə Habilin qurbanı qəbul olundu.
Sonuncu peyğəmbərimiz (s) nəcran camaatı ilə bəhsdə mübahilə ayəsi nazil oldu: (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək! (Ali-imran 61)”. Bu zaman peyğəmbər (s) özü, Əli (ə), Fatimeyi Zəhra və Həsən və Hüseyin (ə) gəldilər və düşmən öz məğlubiyyətini görüb bu işdən əl çəkdi. Yəni sözün əsl mənasında Habil və peyğəmbərimiz batil əhli qarşısında mübariz tələb etdilər.
Bu gün də İmam Hüseyin (ə)-ın əzadarlıq mərasimlərinə barmaq uzadanlar bilsinlər ki, İmam Hüseyin (ə) meydanda hər cürə elmi, irsi və mübarizlər tələb edib. İmam Hüseyin (ə)-ın meydana girərkən təkcə bu nidası düşmənin hörümçək toruna bənzər tədbirlərini məhv edir.
İmam belə nida etdi: "Əgər din mənim qanımla dirçələcəksə onda ey qılınclar doğrayın məni"...
... İmamın qara dərili Con adında bir əsgəri var idi. İmamdan döyüşə icazə aldıqdan sonra köynəyini çıxarıb qalxansız düşmənə tərəf hücum etdi və şəhidlik şərbətini daddı. Təki din yaşasın. İmamın digər bir əsgəri əvvəli xristian olmuş sonra İmamın vasitəsi ilə islamı qəbul etmiş Vəhəb anası və ailəsi ilə birgə İmamın qoşununa qoşuldu. Meydanda düşmən onun başını kəsib qadınlar olan tərəfə atdılar. Vəhəbin anası oğlunun başını götürüb düşmənə tərəf vüqarla getdi və onlara yaxın bir yerdə dayanıb uca səslə səsləndi: “Biz hələ xristian olduğumuz dövürdə verdiyimiz əmanəti geri almazdıq. İslamı qəbul etdikdən sonra bu heç mümkün olan bir şey deyil”.
 Başı düşmənə tərəf atıb geri qayıtdı. Bu məntiqin, imanın və gücün qarşısında hansı məntiq, hansı imperiya dayana bilər?!
Elə buna görə də peyğəmbərimiz İmam Hüseyn (ə) barəsində buyurub: “Hüseyn məndəndir və mən də Hüseyndənəm”. Yəni mən Hüseyndənəm deməklə başa salmaq istəyir ki, mənim gətirdiyim dini əməli və sözləri ilə kamil şəkildə Hüseyn təhlil edəcək və yaşadacaqdır. Alimlər bildirir ki, İmam Hüseyn (ə)-dan sonra 9 imam aşuranı yaşatmaq üçün çalışdılar və onun üçün yaşadılar.
Bu gün Əhlibeyt tərəfdarları bu məclis və mərasimləri keçirir və bu islamın ən böyük və mükəmməl məktəbidir.
 Bu gün bizim mübarizlərimiz o məclislərin tələbələridirlər. Məsələn seyyid Mübarizin düşmənə qarşı etdiklərini bilirsiniz. Məktubunu da oxumusunuz. O, bu gücü Hüseyn məclisindən aldığını bildirmişdir.
Hacı Abgül qardaşımız öz çıxışlarında bu barədə çox sözlər demişdir. Hakim ona 11 il iş verən zaman demişdir ki 14 il iş verin ki hər məsumun adına 1 il yatım.
 Hacı Fəramiz demişdir ki, mənə ömürlük iş verin, Hacı Taleh qardaşımız öz çıxışlarının birində bildirmişdir ki, ya meydan ya zindan, Hacı Mövsüm qardaşımız bildirmişdir ki, Hüseyn can! O gün biz Kərbəlada yox idik bu gün gəlmişik, sonra bildirdi. Bizim dinimizə əl uzadanın dünyasına əl atarıq.
Jurnalist Nicat Əliyev qardaşımız belə demişdir: Biz olmasaq da olar, təki din yaşasın. Özüdə bunlar əli yalın canlarını qurban verirlər. Bunlar o şəxslərdirlər ki, məhərrəmlik mərasimlərini yersiz və mənasız bildiyiniz məclislərin tələbələridirlər.
İrad tutanlar iki haldan xaric deyillər. Ya bilərəkdən qərəzli yanaşırlar ya da ki, tamamilə məlumatsızdırlar. Bu deyilənlərdən qərəzli şəxslər və zalımlar nəticə çıxarmayacaqlar. Çünki Allah təala quranı kərimin Muhəmməd surəsinin 24-cü ayəsində onların düşünmədiklərini buyurur: "Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?" (Yoxsa ürəklərinin öz kilidləri vardır?).
Xülasə qərəzli yazanlara müraciət edərək bildirirəm ki, Siz qələmlərinizi saxlamayın yazın ki, biz daha kamil və daha dərinlikləri yazaq. Yazq ki, haqqın əhatəsi genişlənsin, bilməyənlər də bilsin batil və onun əhli ifşa olunsun. Çünki bu günün qılınc və oxları qərəzli yazanların qələmidir. Sanki İmamın qılınclara müraciətini bu gün də biz təzələyirik. Ey batil əhli qərəzli yazılarınızı davam etdirin ki, bizim qələmlərimizlə və canımızla aşura məktəbi yaşasın.
Allah Təala Ali-imran surəsinin 140-cı ayəsində dinə və mömünə yönəlmiş bütün təzyiqlər dinin və möminlərin inkişafına səbəb olduğunu bildirərək buyurur. “... biz bu (qələbə və məğlubiyyət) günlərini Allahın iman gətirənləri üzə çıxarması üçün, həmçinin sizin aranızdan şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq (bir gün zahiri qələbəni sizə bir gün də düşmənə veririk). Allah zalımları sevmir”.
Sonda xatırlatmaq istəyirik ki, biz bu məclisləri Peyğəmbər və İmamların göstərişinə əsasən edirik.

İmam Sadiq (ə) buyurur: "Allah rəhmət etsin bizim əmirlərimizi dirildən və qəmli günümüzdə qəmli sevinc günümüzdə sevinən şəxlərə".

islamazeri.az

Şərhi əlavə etmək