17 dekabr Bəhreyn hökumətinə qarşı "hüquqi itaətsizlik günü"

17 dekabr Bəhreyn hökumətinə qarşı "hüquqi itaətsizlik günü"

17 dekabr Bəhreyn hökumətinə qarşı "hüquqi itaətsizlik günü"ءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

Bəhreynin Təmərrud Hərəkatı 17 dekabrı bu ölkə hökumətinə qarşı qanuni itaətsizlik adlandırıb.
 Əl-Minar telekanalının məlumatına görə, Bəhreynin Təmərrud Hərəkatı bir bəyanatda 17 dekabrı qanuni itaətsizlik günü adlandıraraq bu ölkə xalqını həmin günün fəaliyyətlərində irimiqyaslı şəkildə iştiraka çağırıb.
 Bəhreynin Təmərrud hərəkatı dinc müqaviməti ölkə xalqının haqqı adlandırıb və onun davamını vurğulayıb.
 Bəhreynin Təmərrud hərəkatı həmçinin bu ölkə xalqını 5 və 6 dekabrda inqilabın səsini beynəlxalq ictimaiyyətin nümayəndələrinə çatdırmaq üçün keçiriləcək aksiyalara dəvət edib.
 Bu hərəkat həmçinin beynəlxalq ictimaiyyətdən Bəhreyn xalqına qarşı qeyri-qanuni cinayətlər törədən bütün siyasi və təhlükəsizlik məsul şəxslərinin beynəlxalq məhkəməyə təhvil verilməsini istəyib.

Səhər TV

Şərhi əlavə etmək