Amerikanlar Suriyada terrorçuların kənarında savaşırlar

Amerikanlar Suriyada terrorçuların kənarında savaşırlar

Amerikanlar Suriyada terrorçuların kənarında savaşırlarءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

Amerikanın nümayəndələr palatasının informasiya komitəsinin sədri, qərb ölkələri o cümlədən Amerikadan minlərlə adamın Suriyada bu ölkə hökumətinə qarşı terrorçularla birgə döyüşməkdə olmasından xəbər verib.

 İRNA-nın verdiyi məlumata görə, Maykl Racerz CNN telekanalına verdiyi açıqlamada deyib: hal-hazırda Suriyada Əl-qaidə və onunla əlaqədə olan qrupların ünsürlərinin sayı misilsiz dərəcədə artıb və daha təhlükəli vəziyyət ondan ibarətdir ki, Suriyaya gedərək Əl-qaidəyə qoşulan minlərlə adam Qərb ölkələrinin pasportlarına malikdir.
 Racerz Amerika vətəndaşlarının Suriyadakı ifratçılara qoşulduqlarını bildirərək deyib ki, onların bəziləri öz ölkələrinə qayıdıblar.
 Racerz bu mövzunun qərbin təhlükəsizlik aparatını nigaran etdiyini bildirərək deyib: Suriyanı bürüyən qarşıdurmalar yayılmaqdadır və onun mənfi nəticələri Livan, İraq, İordaniya və Türkiyədə özünü göstərməkdədir.

azeri.sahartv.ir

Şərhi əlavə etmək