Terrorçu Amerikalı qərb ölkələrini məhv etmək istəyini bildirib
Terrorçu Amerikalı qərb ölkələrini məhv etmək istəyini bildirib
Amerikan Üzzam ləqəbi ilə tanınan Əl-qaidə adamlarından olan Adam Qaden audio müraciətində dünya səviyyəsində qərb ölkələrinə məxsus mərkəzlərə geniş hücumların edilməsini istəyib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Əl-qaidə ilə əlaqədə olan elektron portalı Amerikalı Üzzama məxsus olan bir Audio müraciət yayıb. Bu müraciətdə "Əbu-Üns Libi"-nin həbs edilməsi qınanır və qərb ölkələrinin dünyanın hər bir yerindəki mərkəz və mənafelərinə qarşı geniş hücumlara çağırılır.
CNN-in bildirdiyinə görə Qaden öz müraciətində bildirilir ki adı çəkilən adamın oğurlanması bəzi xəyanətkar və muzdluların yardımı ilə Amerikan bir qrup tərəfindən həyata keçirildi, bu hüdudları pozan, qanunlara hörmətlə yanaşmayan xaç özbaşınalığının yeni mərhələsidir.
O deyib bu əməliyyatda məqsəd, fikirləri Amerikadakı acınacaqlı vəziyyətdən, Amerikanın ardıcıl məğlubiyyətlərindən, süquta doğru sürət almasından yayındırmaqdır.
Qaden öz məsləkdaşlarından istəyib ki, onlar da Qərb ölkələrinə məxsus mərkəzlərin hədəfə alınması üçün insanlara çağırış etsinlər.
azeri.sahartv.ir
Şərhi əlavə etmək