İsrail dünyada ən böyük terrorçu rejimdir

İsrail dünyada ən böyük terrorçu rejimdir

İsrail dünyada ən böyük terrorçu rejimdirءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

Livan Hizbullahının İcra Şurasının sədr müavini İsrail rejimini dünyada ən böyük terrorçu rejim adlandırıb.
Suriyanın Əl-Əxbariyyə telekanalının məlumatına görə, Şeyx Nəbil Faruq belə qeyd edib: İsrail rejimi və onun regiondakı amilləri hələ də qarşıdurmaları təmin etmək və müharibə qızışdırmaq sahəsində çalışırlar ki, özlərinin nəhs niyyətlərini həyata keçirsinlər.
O, vurğulayıb: Terror əməliyyatları, partlayış və qətl müqavimət cəbhəsini öz mövqeləri üzrə müqavimətindən vaz keçdirməyəcəkdir.
Livan Hizbullahının İcra Şurasının sədr müavini əlavə edib: Terrorçular bütün Livan xalqı və bütün təhlükəsizlik aparatları üçün əsl problem sayılırlar və bir təhlükəsizlik həll yolu tapılmayınca, bu problem bütün Livan xalqı və bu ölkənin sabitliyi və təhlükəsizliyinə zərər vuracaqdır.
O, deyib: Livan və Suriyada təkfiri terrorçuları maliyyə və silah cəhətdən dəstəkləyən ölkələr regionda öz fitnələrini həyata keçirmək ardıncadırlar ki, ölkələrin parçalanması bu düşmənlərin nəhs hədəflərindən biridir.

Səhər TV

Şərhi əlavə etmək