İraqda törədilmiş terror aktı nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb
İraqda törədilmiş terror aktı nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb
İraqın Tuz-Hurmato şəhərində törədilmiş terror aktı nəticəsində azı 9 nəfər ölüb, 54 nəfər isə yaralanıb
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Bağdaddan 170 km aralıda, əhalisinin kürdlər təşkil etdiyi rayonda baş verib. Terrorçu-kamikadze məscidə daxil olaraq üzərindəki bombanı işə salıb. İkinci partlayış isə məscidin girişi qarşısında dayanmış avtomobildə baş verib. BMT-nin hesablamalarına görə, 2013-cü ilin aprelindən bu vaxtadək İraqda 2500-dən çox insan partlayışların və hücumların qurbanı olub.
islamazeri.az
Şərhi əlavə etmək