Məsih, İlahi ayət və ədalət müjdəsini verən
Məsih, İlahi ayət və ədalət müjdəsini verən
Belə bir gündə ilahi rəhmət nazil oldu. Çünki Allah Tala İsanı müqəddəs Məryəmə bağışladı və onu seçilişlər sırasına daxil etdi.
Məsih gəldi ki, xurafata son qoyub insanları qardaşlıq və mehribanlığa dəvət etsin. O rəhmət və ədalətin carçısı idi. İsanın ilk möcüzəsi Beşikdə dil açıb özünü təqdim etməsi olmuşdur. Quran Kərim Məryəm surəsinin 30-33-cü ayələrində Məsihin Beşikdəki sözlərini belə təqdim etmişdir: Mənəm Allah bəndəsi, o mənə səmavi kitab bəxş etdi və məni Peyğəmbər seçdi və hər yerdə olsam mənim vücudumu bərəkətli etmişdir və dəyərli olduğum zamana kimi mənə namaz və zəkatı tövsiyə etmişdir.
Yeni milad ili elə bir halda gəlib çatır ki, xristian ölkələrinin çoxu iqtisadi və siyasi qalmaqalları yaşayır . Neçə vaxtdır ki, Avropa və Amerika xalqları oyanıb və hökumətlərinin səhv siyasətlərinə etiraz etməyə başlayıblar.
Onların bəzisi evlərini əldən verib və qışın şaxtasında ədalətsiz kapitalist sistemə etiraz edirlər. Sanki İsa -Məsih bir daha mənəvi ədaləti bərpa etməyə dəvət edib və xalqlar bu dəvəti qəbul etmişdir. Hazırda insan haqları və demokratiya iddiasında olan ABŞ-da xristianlar hökumətin zalımcasına qanunlarına qarşı ayağa qalxıblar və göstərirlər ki, ədalət qanun kitablarında deyil, xalqın yaşayışında öz əksini tapmalıdır.
Həzrət İsanın milad günü, ilahi peyğəmbərlərin öyüdləri barəsində artıq düşünmək üçün münasib bir fürsətdir.
Məsih pak insanlar sülaləsində və müqəddəs Məryəmdən olmuşdur. "Məryəm", pərəstiş edən şəxs və ibadətgahın xidmətçisi mənasındadır. Allah Tala Məryəmi çox gözlə tərbiyə etmiş və Zəkəriyya peyğəmbər də onu böyütmüşdür. Həzrət Məryəm 9 yaşı olanda gündüzlər oruc tutub gecələr ibadətlə məşğul imiş. Allah tala Quran Kərimdə Məryəm barəsində buyurub: Zəkəriyya hər vaxt Məryəmin yanına gəlirdi. O ibadətgahda bəzi xörəkləri görüb təəccüblənərək Məryəmdən soruşurmuş ki, bu xörəkləri haradan gətirmisən? Məryəm də cavab vermiş: Bu pərvərdigarımın tərəfindəndir ki, istədiyi təqdirdə hər kəsə ruzi verə bilər. "Ali İmran Surəsi -37-ci ayə "
Həzrət Məryəmin nikah qurmadan hamilə olması da Həzrət İsanın həyatı ilə əlaqədar başqa bir möcüzədir. Mövzu Məryəm surəsinin 16-19-cu ayələrində çox gözlə bəyan edilir: "Məryəmi yad et! O zaman ki, şərqdə olan bir məkanda öz qohumlarından uzaqlaşdı. Bu zaman biz ruhumuzu onun yanına göndərdik. Və söylədik: Mən pərvərdigarının tərəfindən gəlmişəm, gəlmişəm ki, sənə bir pak oğlan bəxş edim." Quranın müxtəlif ayələrində Həzrət İsanın məryəmin oğlu olduğu vurğulanıb ki, onun insan olduğuna təkid olunsun.
O həzrət də camaatla danışmalarında bu məsələyə təkid edib ki, Allah deyil və bir insan olaraq Pərvərdigarın məxluqudur.
Həzrət İsa digər ilahi peyğəmbərlər kimi bəşəri hidayət edib səadətə doğru istiqamətləndirmək üçün seçilmişdir. Həzrət İsa bütün hallarda sülh və ədalətin bərpa edilməsini tələb edib. Zülm, təcavüz və günahsızları qətl və qarətə məruz qoymağa nəzər etdiyini bildirmişdir. Kilsə rəhbərlərinin iddiasının əksinə olaraq İsa (ə) heç vaxt zorakılıqların qarşısında susmayıb. Həzrət İsanın böyük və fəxrli işlərindən biri yəhud qövmünün yayınmalarının qarşısında dayanması olmuşdur.
Həzrət İsanın yaşadığı dövrdə yəhudilər o həzrətin müraciətinin insanlara çatmasından çox nigaran idilər. Bu üzdən ona qarşı müxtəlif məkrli planlar həyata keçirdilər . Amma bu planlar Həzrət Məsihin haqq səsinin bərabərində güclü təsir buraxa bilməmişdir. O həzrət şəhərləri dolanıb çıxış edərək pak ilahi öyüdləri yaymışdır .Onun sədaqətli olması çoxlarını cəzb etmişdir və xalqı hidayət uğrunda müxtəlif möcüzələr də göstərmişdir. O cümlədən ölüləri diriltmək, korlara və müalicəsiz xəstələrə şəfa vermək, səmavi yeməklər gətirmək və pərvərdigarın fərmanı ilə palçıqdan canlı quş yaratmağa işarə etmək olar.
Həzrət İsanın vəfalı dostları var idi ki, onları Həvvarilər adlandırmışdılar. Sayları 12 olan Həvvarilər pak və Allahpərəst insanlar idilər və Həzrət İsanın ayininin rəvac verilməsində təsirli rol oynamışlar. Həvvarilər barəsində deyillər ki, acanda İsa (ə)-ın yer, dağ və daşdan onlara üçün çörək çıxarıb verirmiş. Susayanda İsa əlini yerə vurub və oradan su coşarmış. Bir gün onlar İsaya söyləmişlər: Ya Ruh Allah! Bizdən üstün olan şəxs kimdir? Çörək istəyəndə bizi doyuzdurursan və susayanda da suyumuzu verirsən. İsa buyurmuşdur: Sizdən üstün şəxs öz əməyi ilə ruzi qazanan şəxsdir.
Məsih çox sadə yaşayırdı. Adi paltarlar geyib və sadə camaat kimi keçinirdi. O heç vaxt üstünlük ardınca deyil idi və təkəbbürü cahillərin xüsusiyyəti kimi qiymətləndirirdi. İsa Məsihin mehribanlığı və təvazökar olması onun səadət verici nəsihətləri ilə bərabər yoxsullar və dərdlilərin himayəsini qazanmağa səbəb olmuşdur. Həzrət İsa (ə) peyğəmbərlik məsuliyyətini yerinə yetirərək bəzi yəhudilərin kinəsi və inadkarlığı ilə üzləşib ayağa qalxaraq söyləmişdir: Məni yardım edənlər kimlərdirlər? Ona imanları olan şagirdləri ona ləbbeyk demişlər. Həzrət Məsi(ə) onlardan mübarizə yolunu seçib zülm qarşısında dayanmaq yoluna daxil olmalarını tələb etmişdir. Amma Həvvarilər işin sonunda susub İsa (ə)-ı tənha buraxmışlar. Quran Kərimin İsanın səmalara ucalması macərasını Ali- İmran surəsinin 55-ci ayəsində açıqlayıb və Həzrət İsanın dəyəri olduğuna işarə etmişdir. Yəhudilər bu qənaətdədirlər ki, İsa (ə) çarmıxa çəkilib qətlə yetirilmişdir. Xristianlar da bu qənaətdədirlər ki, yəhudilər İsanı çarmıxa çəkib həlak etmişlər ancaq o 3 gündən sonra səmalara qalxmışdır. Amma Quran aşkarcasına elan edir ki, Məsih canlıdır və səmalara ucalıbdır. İslam dini qiyamət günü Həzrət İsanın zühur edəcək müjdəsini vermişdir. Bir gün ədalət və rəhmət carçısı olan Məsih zahir olub bəşəriyyətin xilas edicisi Həzrət Məhdi ilə bərabər dünyada ədaləti bərpa edəcək. O böyük şəxsiyyətlər dünyada zülmə son qoyub məzlumları xilas edəcəklər.
IRIB
Şərhi əlavə etmək