Livanın Əl-Minar internet saytı bir məlumatda Bəhreyn polisinin bu addımına işarə edərək bildirib : Aşura günü polis paytaxt Manamanın cənubunda Əl-Nəvidrat məntəqəsində hüseynçi əzadarlar karvanının üstünə gözyaşardıcı qazdan istifadə edərək əzadarlardan bir neçə nəfərin yaralanmasına səbəb olub.
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri hücum zamanı gənc bir bəhreynlini döyüb yaraladıqdan sonra özləri ilə aparıblar.
Hadisə şahidlərinin dediklərinə görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin hüseynçi əzadarların üstünə istifadə etdiyi gözyaşardıcı qazlar o həddə çox olmuşdur ki, Əl-Nəvidrat məntəqəsinin səmasında saatlarla bu tüstü müşahidə olunurdu.
Bu hücumla eyni zamanda Bəhreyn rejiminin hərbi vertolyotları Əl-Nəvidrat məntəqəsinin hava zonasında uçub xalqı qorxutmağa başlamışdır.
Lakin əzadarlar, tətbiq edilən bu vəziyyətə baxmayaraq " Ləbeyk Ya Hüseyn " şüarı verərək əzadarlıqlarını davam etdirmişdilər.
Bəhreyndə İnsan Haqlarını Himayə Cəmiyyəti də bir bəyanatda Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin bu ölkədə hüseynçi əzadarlara qarşı repressiya xarakterli hərəkətlərini pisləyib.
IRIB
Şərhi əlavə etmək