İmam Hüseyn (ə) Ərbəini

İmam Hüseyn (ə) Ərbəini

İmam Sadiq (ə) Ərbəin ziyarətnaməsini şərh edərkən buyururlar:
"...O, Sənin bəndələrinin nadanlıq və cahillikdən xilas olması üçün Sənin yolunda öz canını fəda etdi...".

İmam Hüseyn (ə) ƏrbəiniءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء
Cabir İbn Abdullah Ənsari yüksək rütbəli səhabələrdən biridir. O, Peyğəmbər (s) aşiqi, Seyyidüş Şühəda (ə) aşiqidir. İmam Hüseynin (ə) mübarək qəbrini ziyarət etmək ilk dəfə ona nəsib olduğu üçün islam dünyasında bu böyük iftixardır. Bu iftixar isə Kərbəla şəhidlərinin 40-cı şəhidlik gününə təsadüf edir.
Öz məşuquna qovuşan aşiqin hekayəsi nə qədər də şirindir. Qızıl gül kənarında şad-xürrəm cəh-cəh vuran bülbülün səsi necə də məlahətlidir. Uzun hicrandan sonra bu vüsal səhnəsini izləmək necə də qəlbi oxşayır...

Ətiyyə Ovfi deyir: Cabir İbn Abdullah
Ənsari ilə birlikdə Hüseyn İbn Əlini (ə) ziyarət etmək üçün Mədinədən yola düşdük. Kərbəlaya çatdıqda Cabir Fərat çayının kənarında dayandı. Qüsl etdi, paltarlarını dəyişdi və ətirləndi. Onun hər bir addımı Allahın zikri ilə idi. Pak Hərəmə çatdığımızda isə üzünü mənə tutub dedi ki, əlimi qəbrin üstünə qoy.
Mən onun dediyi etdim. Elə bu zaman onun huşdan gedərək qəbrin üstünə yıxıldığını gördüm. Üzünə su çilədim. Özünə gəldikdə 3 dəfə belə dedi: Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!

Sonra isə üzünü məqbərəyə tutub dedi: Dostun sədasına cavab vermirsə...
Bu sözləri dediyi zaman Cabir özü öz cavabını verdi və dedi: Axı sən mənim cavabımı necə verəcəksən? Qəbrində belə başı bədənindən ayrıdır.

Ondan sonra Cabir öz mövlası ilə danışaraq Seyyidüş Şühəda (ə) ziyarətini oxumağa başladı...
Ərbəin İmam Hüseyn (ə) şəhadətinin 40-cı gününün anımıdır. Bu gündə möminlərin nurlu qəlbi dost görüşü, altı guşəli İmam  Hüseyn (ə) qəbrinin ziyarətinə can atır. Möminlərin əsas xüsusiyyətlərini təyin edən ali dərəcəli bir ziyarət.

Yeri gəlmişkən, Ərbəin ərəfəsində İmam Hüseynin (ə) pak türbəsini xatırlayaraq, onun ziyarətnaməsindən bəzi hissələri birlikdə zümzümə edək:

Həqiqətən də İmam Sadiqin (ə) bu sözləri necə də gözəl söylənmişdir. Necə də lətif, necə də zərif İmam Hüseynin (ə) şəhadəti haqda, onun şəhadətinin faydaları barədə, düşmənlərin xüsusiyyətləri haqda buyurur:

"... Pərvərdigara, şəhadət verirəm ki, o, Sənin vəlin və vəli övladın, sənin seçdiyindir ki, Sənin kəramətinlə düzgün yoldadır. Onu şəhadətə layiq gördün, səadəti əta etdin, pak nəsəbli seçdin və ona əzəmət bəxş etdin, müdafiə rəhbərlərinin rəhbəri, peyğəmbərlər varisi, vəsiyyət etdiklərin arasında yaratdıqların üçün höccət təyin etdin. O, isə bu dəvətdə bütün üzr və bəhanələrin yolunu bağladı, xeyirxahlıq etdi. O, Sənin bəndələrinin nadanlıq və cahillikdən xilas olması üçün Sənin yolunda öz canını fəda etdi. Amma onun əleyhinə əlbir oldular. Onlar dünyanın hiyləsinə gələnlərdir. Onlar öz vücudalrını çox ucuz qiymətə satdılar və axirətlərini dəyərsiz qiymətlə aldandılar, boyun qaçırdılar, öz ehtiraslarının uçurumuna düşdülər. Beləliklə də Sənin peyğəmbərini (s) qəzəbləndirdilər. Çünki onlar Sənin fərmanına zidd və nifaqlı insanların ardınca gedib onlara tabe oldular".

"Biharul Ənvar" – 65-ci cild, səh. 130. İmam Hüseyn (ə) ziyarətnaməsindən frazalar.

IRIB

 

Şərhi əlavə etmək