ci hissə Hud surəsi ayə 6-8

ci hissə Hud surəsi ayə 6-8

6.وَمَا مِن دَآبَّةٍ فِي الأَرْضِ إِلاَّ عَلَى اللّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا كُلٌّ فِي كِتَابٍ مُّبِينٍ

 “Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. O, daimi və müvəqqəti yerləri bilir. Hər biri aşkar kitabda qeydə alınmışdır.” (11:6)

ci hissə Hud surəsiءAllahءMəhəmmədءAliءshiءislamءTVshiaء

”Dəbib” sözündən olan “dabbət” sözü aram yolu getmək, kiçik addımlar atmaq mənasını bildirir.

Bu söz bütün canlılara aid edilir. “Rizq” dedikdə ardıcıl bəxşiş nəzərdə tutulur. Bu bəxşiş həm maddi, həm də mənəvi

ola bilər. Bu məsələ duada da öz yerini tapmışdır. Allahın verdiyi ruzi hər bir cəhətdən mövcudlara münasibdir.

Məsələn, ana bətnindəki uşağın qidası onun ehtiyacına uyğun olaraq dəyişir.

Körpə anadan olduqdan sonra həmin qida süd şəklinə düşür. Təbii ki, insanlar bətndəki körpəni qidalandıra bilməzdilər.

Körpə özü də özünü təmin etməkdə acizdir.

“Mustəqərr” sabit yer mənasını bildirir. “Mustəvdəə” dedikdə əmanət qoyub götürmək başa düşülür.

Bu söz

müvəqqəti yer mənasını bildirir. Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyətində belə buyurur: “Ruzi iki növdür: bir

növünü çalışmaqla əldə edirsən, digər növü isə özü sənin sorağına gəlir.” Günəş işığı, yağış, hava, hafizə və istedad

insanın sorağına gələn nemətlərdəndir.

Ayə belə anlaşılmamalıdır ki, insan bir bucaqda oturub səmadan ruzi gözləməlidir. Məqsəd budur ki, insan çalışıb ruzi

əldə etdikdə, onu Allah tərəfindən bilməlidir. Bu səbəbdən də bütün din öncüllərimiz səy göstərmişlər.

Bütün mövcudlara ruzi çatdırmağın şərti onların yerindən və ehtiyaclarından xəbərdarlıqdır.

Olduqca dəqiq bir sistem

əsasında bütün varlıq aləminin son ehtiyaclarından xəbər tutmaq olar. Ruzi yetirən varlıq insanların, heyvanların sayını,

onların fərdi xüsusiyyətlərini və ən çeşidli ehtiyaclarını bilməlidir.

Əgər bütün biliklər Quranda toplanmışsa, demək kitabdan xəbərdar olan kəs hər şeyi bilir. “Rəd” surəsinin son

ayəsində oxuyuruq: “Kafirlərə de ki, mənim şahidim Allahdır və kitab elmini bilən kəs.” Şiə və sünni rəvayətlərində nəql

olunur ki, kitab elmini bilən kəs dedikdə, Həzrət Əli (ə) nəzərdə tutulmuşdur.

Allahın iki sünnəsi, qanunu var: bu qanunlardan biri ruzi yetirmək, digəri işlərin vasitələrlə gerçəkləşdirilməsidir.

Demək, ruziyə çatmağın insanın səyi ilə heç bir ziddiyyəti yoxdur.

Diri varlığın qidalanma haqqı var. Allah canlı varlıqları qidalandırmağı Özü üçün zəruri etmişdir. Bizim ruzimiz Allahın

əlindədir, başqalarının qarşısında boyun əyməyək. Ruziyə görə nə hərislik göstərək, nə də qorxaq. Allah həm ruzi

mənbələri vermiş, həm də onun əldə olunması üçün ağıl və vasitə əta etmişdir.

İstər səfərdə, istərsə də vətəndə,  harada olsaq, Allahın nəzəri altındayıq. Bu dünyanın bütün məlumatları dəqiq şəkildə

qeydə alınır.

 7.وَهُوَ الَّذِي خَلَق السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاء لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلاً وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ

 “O, göyləri və yeri altı gündə xəlq edən kəsdir. Onun ərşi (hökuməti) su üzərində qərar tutmuşdur ki, hansınızın xeyir əməl sahibi olduğunu müəyyənləşdirmək üçün sınağa çəksin. Əgər desən ki, siz öləndən sonra diriləcəksiniz, şübhəsiz, kafirlər deyəcəklər ki, bu aşkar sehrdən başqa bir şey deyil.” (11:7)

 Ayədə “altı gün” deyərkən altı mərhələ, dövr nəzərdə tutulmuşdur. Çünki yaranışın əvvəlində gecə-gündüzü

müəyyənləşdirəcək günəş yox idi. “Ərş” dedikdə çardaq və üstü örtlü bir yer, həmçinin padşahların hündür taxtı

nəzərdə tutulur.

Bəzən bu söz hansısa qüdrətə işarə olur. Məsələn, deyirlər ki, filankəs taxta oturdu, yəni qüdrətə çatdı.

 

Sual: Ayədə bildirilir ki, yaranışın məqsədi insanın sınağa çəkilməsidir. Başqa ayələrdə isə fərqli məqsədlər bəyan

olunmuşdur. Burada ziddiyyət yoxdurmu?

Cavab: Məqsədlər ardıcıl mərhələli şəkilə malik olur. Məsələn, şum əkin üçündür, əkin buğda üçündür, buğda çörək

üçündür, çörək isə insan üçün. Quranda da məqsədlər bu sayaq mərhələli bəyan olunmuşdur:

Yaranış sınaq üçündür. Sınaq yaxşını pisdən seçmək üçündür. Yaxşını pisdən ayırmaq mükafat və cəza üçündür.

Mükafat və cəza vəd olunmuş əməl üçündür.  Həzrət Əli (ə)  buyurmuşdur: “İlahi sınaq bilgi qazanmaq üçün deyil.

Allah hər şeydən agahdır. Sınağın məqsədi insanın reaksiyasıdır. İnsan yaxşı əməlinə görə mükafat, pis əməlinə görə

cəza alır.

Rəvayətlərdə ağıl və təqvaya əsaslanan əməl xeyir, gözəl əməl sayılmışdır. İmam Sadiq (ə) buyurmuşdur: “Əməlin

gözəlliyi onun çoxluğunda yox, elm, ixlas və təqva ilə müşayiət olunmasındadır.”

Cahan insan üçün yaradılmışdır. Allah bütün varlıq aləmini bir anda yarada bilsə də, ilahi hikmət səbəbindən tədrici

yaranışa üstünlük vermişdir. Göylərin və yerin maddi qaynağı su və maye olmuşdur. Su göylərdən və yerlərdən öncə

var idi. Bütün mövcudların yaranmasında məqsəd insanın mənəvi və azad inkişafı olmuşdur.

Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür. Göylər və yer ləzzət və qəflət üçün yox, yaxşı iş üçün xəlq olunmuşdur.

Məadı inkar edənlərin heç bir dəlili yoxdur, onlar yalnız böhtan atırlar.

 8.وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَى أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُ أَلاَ يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ

 “Əgər əzabı məhdud bir müddət onların üzərindən götürsək, (məsxərə ilə) deyərlər: “Bizə əzabın qarşısını hansı əməl aldı?“ Bilin ki, qəhr və əzabımız onların sorağına gələn gün geri götürülməz. Məsxərə etdikləri şey onları yaxalayar.” (11:8)

 “Ümmət” dedikdə, müştərək hədəfə malik dəstə və ya zaman nəzərdə tutula bilər.

Məhdud bir müddət dedikdə, müəyyən və məhdud zaman nəzərdə tutulur. Bu təbirlə “Yusuf” surəsinin 45-ci ayəsində

də rastlaşırıq: “Məhbus azad olub bir müddət sonra Yusifi yada saldı.”

Bəzi rəvayətlərə əsasən “məhdud müddət” təbiri həzrət Mehdinin (ə) qiyam dövrünə işarə ola bilər. Yəni Allah Taala

həmin vaxtadak ümmət üzərindən əzabı götürmüşdür.

İlahi əzabın təxirə düşməsində faydalar var. Belə bir təxir günahkara tövbə fürsəti verir, günahkar valideynlərdən

mömin övladlar doğulur. Bundan əlavə saleh fərdlərin varlığı və onların duaları ilahi əzabın təxirə düşməsinə səbəb

olur.

Allah Öz işləri üçün vaxt müəyyənləşdirmişdir. Allahın qəhr-qəzəbi təxirə düşə bilər. Əzabın təxirə salınması Allahın lütf

nişanələrindəndir. Bunu Allahın zəifliyi kimi qəbul edib məsxərəyə qoyanlar yanılırlar. Məsxərə edənlər Allahın

qəzəbindən qurtulmazlar.

Allahın verdiyi möhlət bizi qürrələndirməsin. İlahi əzab təxirə düşsə də, ləğv olunmaz. Dini inancların məsxərəyə

qoyulması kafirlərin xasiyyətidir.

IRIB

Şərhi əlavə etmək