Suriyda şiə müqəddəslərini necə qorumaq olar?
Suriyda şiə müqəddəslərini necə qorumaq olar?
Bu günlər Suriyada olan şiə müqəddəslərinə vəhhabilərin təcavüzləri və Dəməşqdə Həzrət Zeynəb-Kübranın (s.ə) pak hərəminin dağıdılması təhdidi qarşısında pak Əhli-Beyt (ə) aşiqlərindən bir çoxu belə bir sualı irəli sürüblər ki, Suriyada şiələrin müqəddəs abidələrini necə müdafiə etmək olar? Suriyada müdafiə üçün getmək olarmı?
İndiyə qədər şiə alim və təqlid mərcələri Suriyanın vəziyyətindən kəskin nigaranlıq ifadə etmələri və Suriyada stabilliyin yaranması üçün hərtərəfli səyin zəruriliyini vurğulamalarına baxmayaraq, müqəddəslərin müdafiəsi uğurunda şiələrin Suriyaya ezam olunması üçün heç bir hökm və fitva verməmişlər. Nəticə etibarı ilə demək olar ki, hazırkı şəraitdə alim və təqlid mərcələri Suriyada islam müqəddəslərini müdafiəni Suriya hökumətinin vəzifəsi hesab edirlər ki, öz qanuni vəzifələri çərçivəsində bu müdafiədə öz müttəfiqlərindən kömək alsınlar.
Suriyadakı hazırkı məkrli planın həlli barəsində tam 2 il keçdikdən sonra hazırda bəllidir ki, bu məkrli hiylənin arxasında beynəlxalq imperializm və onun başında ABŞ və sionizm durur. Belə olan təqdirdə şiə alimlərinin rəylərinə diqqət yetirmək çox zəruridir.
Həzrət Ayətullahülüzma Xamenei ötən il İranda həcc məsələləri üzrə məsul şəxsləri qəbulu zamanı Suriya məsələsinin həlli barəsində buyurublar: Əgər Suriyada müxaliflər silahdan əl çəkərlərsə, müxaliflərin fikirlərini dinləmək və öz mövqelərini bəyan etmək icazəsi vermək üçün hökumətə müraciət etmək mümkün olacaqdır.
Həzrət Ayətullahülüzma Xamenei buyurublar: Hər bir ölkədə müxaliflər o ölkədən kənardan silahla təchiz olunurlarsa, təbii halda hakim quruluş da onlarla sərt davranacaqdır.
Həzrət Ayətullahülüzma Xamenei bu il Fitr bayramı namazının xütbələrində də Suriya, Misir və İraqın vəziyyəti barəsində buyurublar: Qrupların bir-birləri qarşısında kəskin ritorikası mütləq şəkildə faydasızdır. Əgər vətəndaş müharibəsi baş verərsə, əcnəbi qüdrətlərin müdaxiləsi üçün lazımi bəhanə yaranacaq və Misir xalqının başına böyük bəla gələcəkdir.
Demokratiyaya diqqətin yetirilməsini zəruri hesab edən İnqilab Rəhbəri əlavə ediblər: Misir düyününü bu ölkə xalqı, siyasi-dini qrupları, ziyalı və alimləri açmalıdırlar və əcnəbilərin müdaxiləsinə icazə verməməlidirlər.
Həzrət Ayətullah Nasir Məkarim Şirazi 2013-cü il 15 aprel tarixində İranın Suriyadakı səfiri ilə görüşdə Suriya məsələsinin həlli barəsində bildirib: Qənaətimcə, Suriya islahata ehtiyaclıdır və bu məsələ müzakirə yolu ilə əldə olunmalıdır ki, heç bir qanın axıdılması da olmasın. Əsaslı sual budur ki, nə üçün Qərzavi kimi şəxslər bu həddə qafildirlər və müsəlmanların qanı eyni dində olanlar tərəfindən axıdılır?
Həzrət Ayətullah Məkarim Şirazi deyib: Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr bu zamanda qəflətə yol veriblər və Qərzavi kimi alimlər də həmin müşküldə tələyə düşüblər. Bu təəccüblənəsi məsələdir. Suriyada hansı hadisələrin baş verməsi və bir şəxsin onu dərk etməməsi qəflət və xəbərsizliyin nişanəsidir. Demokratiya tüfəngin lüləsindən çıxa bilməz. Demokratiyanı hakim edən səs qutularıdır.
Həzrət Ayətullah Sistani 2012-ci il 15 martda bir qrup türkiyəli ziyalı və müəllimlərlə görüşündə Suriya barəsində mövqeyi hesab ediləsi olan açıqlamasında bildirib: Türkiyə qonşularına və onlar da Türkiyəyə ehtiyaclıdırlar. Qonşuluq haqqı hər şeydən üstündür. Əgər ona diqqət yetirməsək, özümüzün də həmin problemlərlə üzləşməyimiz mümkündür.
Həzrət Ayətullah Sistani Dəclə və Fərat çaylarının suyunun azalması və Suriya və İraqa daxil olmazdan öncə onların suyunun çirklənməsi barəsində belə əlavə edib: Siyasi problem hər nə olursa olsun, öz yerində. Biz Suriya xalqını sevirik. Biz Suriya xalqının su məsələsində problemlə üzləşdiyini eşidirik və buna görə narahatıq.
Həzrət Ayətullah Cəfər Sübhani 2013-cü il 14 iyulda Qumun Höccətiyyə mədrəsəsinin məscidində keçirdiyi Quran-Kərimin təfsiri dərsində belə söyləyib: Hazırda Suriyanın ətrafına toplaşan və beləcə cinayətlər törədən terrorçular ciyər yeyən və ürəkləri sərtləşəndir. Bu gün suriyalı əsgəri qətlə yetirən, ciyərini çıxarıb yeyənlər “Vəcəəlna qulubəhum qasiyə”(onların ürəklərini sərtləşdirdik. Quran-Kərim. Maidə surəsi ayə 13) ürəkləri sərtləşəndir.
Suriyanın müdafiəsində bu ölkə xalqı və dövlətinin köməyinə çatan Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da Həzrət Zəhranın (s.ə) səadətli viladətinin ildönümü günündə deyib: Suriyada baş verənlər Suriya və Fələstin məsələsi üçün çoxlu təhlükələr və problemlər yaradacaq və Fələstin məsələsini naməlum gələcəklə üzləşdirəcək. Amerikalıların qüdrətlə regiona belə qayıtmaları Fələstin məsələsini məhv olmaq təhlükəsi ilə üzləşdirəcək. Bütün bu məsələlər Livan və Fələstinə təsir göstərir və İsrail rejiminin işləri öz əlinə almasına səbəb olur.
Seyid Həsən Nəsrullah əlavə edib: Suriya ordusuna və onlara kömək edənlərə qarşı fitvaların din və şəriətlə heç bir əlaqəsi yoxdur və bu fitvaların sahibləri heç bir siyasi dialoqun olmasını istəmirlər.
Livan Hizbullahının baş katibi bildirib: Suriyanın region və dünyada həqiqi dostları vardır ki, heç vaxt bu ölkənin ABŞ və ya İsrail və yaxud təkfirçi qruplaşmalar tərəfindən devrilməsinə icazə verməyəcəklər.
IRIB
Şərhi əlavə etmək