Zindandakı yusiflərin Aşura məktubu
Aşura Məktəbinin Davamçıları
Zindandakı yusiflərin Aşura məktubu
Azərbaycanın yusifləri: “...Bu günü azadə insanlar qanın qılınca qalib gəlməsi olaraq yad edirlər. Qara geyməklə dünyaya İmam Hüseynin (ə) amalını, onun "Heyhat Minnə Zilləh" yəni "Zillət bizdən uzaqdır" haray səsini çatdıranların yanında olmalarını göstərirlər...”
Zindandakı yusiflərin Aşura məktubu
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda Aşura Məktəbinin zindandakı davamçıları Azərpaycan İslam Partiyasının lideri Doktor Mövsüm Səmədov, Hacı Abgül Suleymanov, Hacı Tale Bağırzadə, AİP funksioneri Ruhullah Axundzadə, Kərbəlayi Elmar Səmədov, dini fəal Kərbəlayi Ağaəli Yəhyayev, İslamçı jurnalistlər Hacı Nicat Əliyev, Araz Quliyev və digər Hicab dustaqları bu hüzn günləri münasibətilə baş sağlığı verir:
"Salam olsun, zülmə qarşı mübarizə səlnaməsini yazan İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə. Bu gün zülmün haqq üzərində rüsvay olan gündür. Bu günü azadə insanlar qanın qılınca qalib gəlməsi olaraq yad edirlər. Qara geyməklə dünyaya İmam Hüseynin (ə) amalını, onun "Heyhat Minnə Zilləh" yəni "Zillət bizdən uzaqdır" haray səsini çatdıranların yanında olmalarını göstərirlər. Peyğəmbərin şad günündə şad, qəmli günündə qəmli olanlar bu günlərdə qara geyib, İmam Hüseynə (ə) matəm saxlayırlar. Bu münasibətlə başda Həzrəti Məhdi Sahibəzzaman (ə.f) və naibləri olmaqla, bütün dünya müsəlmanlarına dərin hüznlə baş sağlığı veririk. Allah Təala bütün ibadət və itaətlərinizi bu günlərə xatir qəbul etsin!"
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Şərhi əlavə etmək