Hicab məhbuslarının apellyasiya şikayətinə baxılacaq
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində Hicab məhbusları Ruhid Abbasov, Ülfət Qasımlı, Dadaş Vəliyev, Rauf Qarayev, Səxavət Quliyev, Elçin Məmmədov və Aydın Məmmədovun şikayətinə baxılacaq.
Vəkil Fariz Namazlı bildirib ki, Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin çıxardığı hökmdən verilmiş şikayətə məhkəmə istintaqı aparılmadan baxılacaq.
Nərimanov Rayon Məhkəməsinin 4 iyunda çıxardığı hökmlə Ruhid Abbasov, Dadaş Vəliyev və Səxavət Quliyevin hər biri 2 il, Aydın Məmmədov 2 il 3 ay, Rauf Qarayevlə Elçin Məmmədovun hər biri 1 il 9 ay, Ülfət Qasımlı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, İslamçılar ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında iştirakına görə tutulublar. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Şərhi əlavə etmək