Con Kerri İsrailə ciddi xəbərdarlıq etdi
Şəbistan Xəbər Agentliyinin “Jpost”aə istinadən verdiyi məlumata görə, Con Kerri cümə axşamı günü sionist və fələstinli telekanalların birgə iştirakı ilə keçirilən mətbuat konfransında sionist rejimə xəbərdarlıq edərək, bildirib ki, fələstinlilərlə saziş müzakirələrində irəliləyiş əldə edə bilməyəcəyi təqdirdə, təcridə uğrayacaq.
Kerri bölgəyə səfəri zamanı bir daha İsrail-Fələstin münaqişəsinin həllinin vacibliyini qeyd edib.
Con Kerri həmçinin İsrail və Fələstin kanallarına verdiyi müsahibədə rəsmi Tel Əvivə sərt xəbərdarlıq ismarışı göndərib. Belə ki, Kerri İsrailin fələstinlə sülh danışıqlarında irəliləyişə nail olmayacağı təqdirdə, beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi ilə üzləşəcəyini deyib. Kerri danışıqların iflas edəcəyi təqdirdə İsraili zorakılıq dalğasının gözləyəcəyini istisna etməyib
Şərhi əlavə etmək