10 HƏDIS (27)

10 HƏDIS (27)

Hədis 261: Həzrət Məhəmməd (s) buyurur: “Fikirləşmək kimi ibadət, məsləhətləşmək kimi e`tibarlı kömək yoxdur.”

* * *

Hədis 262: Həzrət Məhəmməd (s) buyurur: “Çox gülməkdən çəkin, çünki çox gülmək qəlbi öldürər.”

* * *

Hədis 263: Həzrət Məhəmməd (s) buyurur: “O şəxs bağışlanmağa daha layiqdir ki, intiqam almağa qüdrəti daha çoxdur.”

* * *

Hədis 264: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən dəyərlisi faydasız işdən uzaqlaşan kəsdir.”

* * *

Hədis 265: Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, öz eyblərinə məşğul olduğuna görə, mö`minlərdə eyb axtarmaqdan uzaqdır.”

* * *

Hədis 266: Həzrət Məhəmməd (s) buyurur: “Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”

* * *

Hədis 267: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs başqasının pis işini başqalarına bildirsə, özü o işi görmüş kimidir.”

* * *

Hədis 268: Həzrət Məhəmməd (s) buyurur: “İsrafçılıq yaxşı deyildir, amma yaxşı işdə israf yoxdur.”

* * *

Hədis 269: Həzrət Məhəmməd (s) buyurur: “Fürsətlər bulud kimi ötüşür.”

* * *

Hədis 270: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın malında gözü olan şəxs həmişə qəmgin olar.”

 

Şərhi əlavə etmək