10 HƏDIS (24)

10 HƏDIS (24)

Hədis 231: İmam Səccad (ə) buyurur: “Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”

* * *

Hədis 232: İmam Səccad (ə) buyurur: “Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”

* * *

Hədis 233: İmam Səccad (ə) buyurur: “Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”

* * *

Hədis 234: İmam Səccad (ə) buyurur: “Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”

* * *

Hədis 235: Həzrət Əli (ə) buyurur: “Hər kim orta həddi gözləsə, həlak olmaz.”

* * *

Hədis 236: İmam Səccad (ə) buyurur: “Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.”

* * *

Hədis 237: İmam Həsən (ə) buyurur: “Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”

Hədis 238: İmam Hüseyn (ə) buyurur: “Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”

* * *

Hədis 239: İmam Hüseyn (ə) buyurur: “Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”

* * *

Hədis 240: İmam Hüseyn (ə) buyurur: “Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”

* * *

 

Şərhi əlavə etmək